“Şəki dünya rəssamlarının gözü ilə” adlı rəsm əsərlərinin nümayişi təşkil edilmişdir

“Şəki dünya rəssamlarının gözü ilə”  adlı rəsm əsərlərinin nümayişi təşkil edilmişdir

İyulun 7-də UNESKO-nun Ümumdünya İrs Komitəsinin Bakıda keçirilən 43-cü sessiyasında Azərbaycanın qədim irsi, zəngin mədəniyyəti, həmçinin beynəlxalq miqyasda nüfuzu üçün müstəsna önəm kəsb edən qərar qəbul olunmuş, Şəki şəhərinin tarixi mərkəzi Şəki Xan sarayı ilə birlikdə Ümumdünya İrs Siyahısına salınmışdır. Məhz bu ərəfədə iyun ayının 8-də mərkəzimizdə “Şəki dünya rəssamlarının gözü ilə” adlı sərgi fəaliyyətə başlamışdır.
Tədbirdə çıxış edən Şəki Heydər Əliyev Mərkəzinin direktoru Rəşadət Sadıqov bildirdi ki, sərginin təşkil edilməsində məqsəd Şəkinin tarixini, adət-ənənələrini, sənətkarlıq nümunələrini, ümumilikdə mədəni irsini bir daha ictimaiətə çatdırmaq və təbliğ etməkdir. R.Sadıqov xüsusi olaraq vurğuladı ki, sərginin belə möhtəşəm ərəfədə, məhz Şəki şəhərinin tarixi mərkəzinin Şəki Xan sarayı ilə birlikdə Ümumdünya İrs Siyahısına salındığı bir vaxtda təşkil edilməsi xalqımızın öz dəyərlərinə sadiqliyinin təcəssümüdür.
Qeyd edildi ki, bu uğur Azərbaycanın illərdən bəri – həm ölkəmizin daxilində, həm də onun hüdudlarından kənarda – dünya irsi obyektlərinin qorunması ilə bağlı həyata keçirdiyi dövlət siyasətinin təbii davamıdır.
Sonra qonaqlar sərgi ilə tanış oldular.
Sərgidə Şəkinin mədəni dəyərlərini və mədəni irsini əks etdirən dünya rəssamlarının əl işləri olan 20-dən çox dəyərli rəsm əsəri nümayiş etdirilir.
Sərgi iyun ayının 11-nə kimi davam edəcəkdir.