Şəki Heydər Əliyev Mərkəzində “İnsan Hüquq və Azadlıqları” mövzusunda dəirmi masa keçirilmişdir

Şəki Heydər Əliyev Mərkəzində “İnsan Hüquq və Azadlıqları” mövzusunda dəirmi masa keçirilmişdir

Azərbaycan Prezidenti İlham Əliyevin 18 iyun 2007-ci il tarixli sərəncamı ilə hər il iyunun 18-i ölkəmizdə İnsan Hüquqları Günü kimi qeyd olunur. Bununla əlaqədar olaraq, Şəki şəhər Heydər Əliyev Mərkəzində iyun ayının 18-də “İnsan Hüquq və Azadlıqları” mövzusunda dəyirmi masa keçirilmişdir.

Tədbiri giriş sözü ilə Şəki Heydər Əliyev Mərkəzinin direktoru Rəşadət Sadıqov açaraq Şəki Heydər Əliyev Mərkəzində belə tədbirlərin keçirilməsinin əsas məqsədi insan hüquqları sahəsində əldə edilmiş nailiyyətləri, habelə mövcud problemlərin həlli yollarını müəyyənləşdirmək və İnsan hüquqlarını təmin etməkdir. Rəşadət Sadıqov İnsan hüquq və azadlıqları haqqında, bu sahədə qəbul edilmiş qanunlar, qərarlar və digər normativ aktlar haqqında məlumat verərək, ölkəmizdə bu sahədə görülən işləri, həyata keçirilən layihələri tədbir iştirakçılarının diqqətinə çatdırıb. Tədbirdə ümummilli lider Heydər Əliyevin 1998-ci il 18 iyun tarixli sərəncamı ilə ilk “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı”-nın təsdiq edildiyi və ölkə Prezidenti İlham Əliyevin 2007-ci il 18 iyun tarixli sərəncamına əsasən, hər il iyunun 18-nin respublikamızda İnsan Hüquqları Günü kimi qeyd olunduğu vurğulamışdır.

Sonra Şəki MKS-nin 9saylı kitabxana filialının əməkdaşı Mustafayeva Şəlalə “Uşaq hüquqları”-nın qorunması haqqında danışdı O, bildirib ki, Azərbaycan prezidenti İlham Əliyevin uşaq hüquqlarının müdafiəsi sahəsində atdığı addımlar, Birinci vitse-prezident Mehriban Əliyevanın uşaqlara göstərdiyi diqqət və qayğının Azərbaycan uşaqlarının taleyində əhəmiyyətli rol oynayacağına zəmanət verir. Yeniyetmələrin asudə vaxtlarının, istirahətinin təşkili hər zaman şəhər rəhbərliyinin diqqət mərkəzində saxlanılır, onların tətil günlərinin mənalı, maraqlı, yaddaqalan, bilik səviyyələrinin, dünyagörüşünün artırılmasına köməklik göstərilməsi üçün silsilə tədbirlər təşkil edilib keçirilir.

Daha sonra Şəki Heydər Əliyev Mərkəzinin Həmkarlar təşkilatının sədri Bəkirli Rahilə və mərkəzin elmi işçisi Pərvanə Rəhimovanın çıxışları dinləndi