Şəkidə 28 May-Respublika Gününə həsr olunmuş tədbir keçirilib

Şəkidə 28 May-Respublika Gününə həsr olunmuş tədbir keçirilib

28 May-Respublika Günü münasibətilə mayın 27-də Şəki şəhərində bayram tədbiri keçirilib.

Şəki şəhərindəki Heydər Əliyev Mərkəzində şəhər rəhbərliyinin, ictimaiyyətin nümayəndələrinin iştirak etdiyi tədbir xorun ifasında dövlət himninin səsləndirilməsi ilə başlayıb.

Tədbirdə qeyd olunub ki, 1918-ci il may ayının 28-də qurulan Azərbaycan Xalq Cümhuriyyəti öz üzərinə götürdüyü çətin tarixi vəzifəni şərəflə yerinə yetirdi. Azərbaycanın ilk Parlamenti və Hökuməti, dövlət aparatı təşkil edildi, ölkənin sərhədləri müəyyənləşdi, bayrağı, himni və gerbi yaradıldı, ana dili dövlət dili elan edildi, dövlət quruculuğu sahəsində ciddi tədbirlər həyata keçirildi.

Bildirilib ki, 1920-ci il aprelin 28-də Xalq Cümhuriyyəti süquta uğrasa da, onun elan etdiyi müstəqillik ideyası unudulmadı. Azərbaycan xalqı ötən dövr ərzində milli dövlətçilik atributlarının bir çoxunu qoruyub saxlaya bildi. 1991-ci ildə Azərbaycan xalqı müstəqilliyini əldə etdi. Müasir Azərbaycan Respublikası Xalq Cümhuriyyətinin siyasi və mənəvi varisi olaraq onun üçrəngli bayrağını, gerbini, himnini qəbul etdi. Xalqımız 28 May gününü həmin vaxtdan Respublika Günü kimi böyük təntənə ilə qeyd edir.

Vurğulanıb ki, Azərbaycan 71 ildən sonra yenidən öz azadlığına qovuşub və ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində müstəqilliyimiz əbədi və dönməz xarakter alıb. Bu gün Ulu Öndərin siyasi kursunu qətiyyətlə davam etdirən Prezident İlham Əliyevin uğurlu fəaliyyəti nəticəsində ölkəmiz dünya birliyində özünə layiqli yer tutub.

Sonra bayram tədbiri konsert proqramı ilə davam edib