Şəki Heydər Əliyev Mərkəzində Novruz bayramı münasibətilə “Milli-mənəvi dəyərlərimiz” mövzusunda sərgi təşkil edilmişdir

Şəki Heydər Əliyev Mərkəzində Novruz bayramı münasibətilə “Milli-mənəvi dəyərlərimiz” mövzusunda sərgi  təşkil edilmişdir

Martın 17-də Şəki Heydər Əliyev Mərkəzində Novruz bayramı münasibətilə “Milli - mənəvi dəyərlərimiz” mövzusunda sərgi təşkil edilmişdir. Ümummilli liderimiz Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi dövrlərdə həmişə xalqımızın milli-mənəvi dəyərlərinin qorunmasına, milli mədəniyyətimizin inkişafına, xalqın adət- ənənələrinin zənginləşdirilməsinə çalışmışdır. Eyni zamanda, ulu öndər gənclərimizi xalqımızın milli-mənəvi dəyərləri, milli əxlaq prinsipləri əsasında tərbiyə etməyi tövsiyə edirdi. Bu baxımdan ulu öndər gənclərimizin milli-mənəvi dəyərlər əsasında tərbiyələndirilməsindən bəhs edərək demişdir: “ Biz öz milli- mənəvi dəyərlərimizi, adət- ənənələrimizi, əxlaqi dəyərlərimizi bütün istiqamətlərdə qorumalıyıq, saxlamalıyıq və gənc nəsli əsrlər boyu böyük sınaqlardan keçmiş bu mənəvi, əxlaqi dəyərlər ruhunda tərbiyələndirməliyik”. Novruz bayramında milli ruhumuzun, qədimliyimizin çalarları yaşayır. Yüzillərdən bəri yol gələn, uzun müddət müqavimətlərə, dəyişmələrə məruz qalan Novruz ötən müddətdə türk ruhunun özünəməxsusluğunu qoruyub saxlayıb. Millət o zaman var olur ki, qədim ruhunun soraqlarını, adət-ənənəsini, bir sözlə, özünəməxsus nəyi varsa, hamısını qoruyub saxlayır.
Mərkəzdə təşkil edilmiş sərgidə, Şəki ipəyinin incisi olan Azərbaycan qadının ənənəvi baş örtüyü sayılan kəlağayılar, araxçın və daqqa, milli geyimlər, misgərlik və dulusçuluq nümunələri, “Şəbəkə” sənəti nümunəsi, qədim musiqi alətlərimiz nümayiş etdirilir. Sərginin əsas mahiyyəti gənclərimizin milli ruhda tərbiyələnməsi, adət-ənənələrimizin gələcək nəsillərə ötürülməsi və milli-mənəvi dəyərlərimizin qorunub saxlanılmasıdır. Sərgi mart ayının 29- dək davam edəcək.