“Heydər Əliyev və Azərbaycan təhsili” mövzusunda vebinar keçirildi

“Heydər Əliyev və Azərbaycan təhsili” mövzusunda vebinar keçirildi

Təhsil ölkənin beynəlxalq aləmdə rolunu müəyyən edən əsas amillərdən biridir. O maddi-mənəvi dəyərlərin və strateji gücün göstəricisidir.
Sentyabrın 11-də Şəki şəhər Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə “Heydər Əliyev və Azərbaycan təhsili” mövzusunda vebinar keçirildi. Vebinarda Şəki Heydər Əliyev Mərkəzinin və Şəki MKS-nin 9 nömrəli kitabxana filialının əməkdaşları, GİKM Mərkəzinin könüllüləri, ASAN Xidmət Mərkəzinin könüllüləri iştirak etdmişdir.
Konfransı giriş sözü ilə Mərkəzin direktoru Rəşadət Sadıqov açaraq bildirdi ki, Аzərbаycаn elminin, təhsilinin inkişafının görkəmli dövlət xadimi, Ulu Öndər Hеydər Əliyеvin аdı ilə bаğlıdır. Qeyd olundu ki, ölkəyə rəhbərliyinin bütün dövrlərində ulu öndər bu sаhəyə diqqət və qаyğısını əsirgəməmiş, dаim еlmin, təhsilin himаyədаrı kimi çıхış еtmişdir. Görkəmli dövlət xadimi, Azərbaycan xalqının Ümummilli lideri Hеydər Əliyеv еlmin, təhsilin inkişаfınа milli dövlət quruculuğu prоsеsinin zəruri əsаsı kimi yаnаşmış, хаlqın intеllеktuаl səviyyəsinin аrtırılmаsını ən vаcib vəzifələrdən biri kimi qarşıya qoymuşdur.
Növbəti çıxış üçün söz Şəki MKS-nin 9 nömrəli kitabxana filialının müdiri Rüfanə Həsənovaya və Mərkəzin bələdçisi Xuraman Səmədovaya verildi. Ümummilli liderimizin ötən əsrin 70-80-ci illərində uzaqgörənliklə həyata keçirdiyi siyasət bu gün öz nəticələrini göstərir. Təhsilin inkişafı ilə əlaqədar bir-birinin ardınca qərarlar qəbul edilməsi və təhsil sahəsində həyata keçirilən tədbirlər Ulu öndər Heydər Əliyevin böyük maarifçi olmasından xəbər verirdi. Ulu öndərin Azərbaycana rəhbərliyi dövründə gərgin və yorulmaz fəaliyyəti nəticəsində respublika savadlılar diyarına çevrildi. Azərbaycan təhsilinin 1988-1993-cü illərdəki ağır, dözülməz vəziyyətini görmüş və yaşamış təhsil işçiləri, müəllimlər taleyin hökmünə minnətdardırlar ki, əvəzsiz maarifpərvər öndər Heydər Əliyevin 1993-cü ilin iyununda yenidən Azərbaycanda siyasi hakimiyyətə xilaskar missiyalı qayıdışı ilə bütün sahələrdə olduğu kimi, təhsil sahəsində də tənəzzülün, böhranın qarşısı alınmışdır.
Azərbaycanın dövlət müstəqilliyinin bərpasından sonra təhsil sahəsində ən ciddi problemlərdən biri də məktəb tikintisi, ümumtəhsil məktəblərin təmiri və lazımi avadanlıqlarla təchizatı idi. Heydər Əliyev 2000-ci il iyunun 13-də "Azərbaycan Respublikasında təhsil sisteminin təkmilləşdirilməsi haqqında" fərman imzalamaqla bu problemi aradan qaldırdı. Bu fərman təhsil sisteminin əsaslı şəkildə təkmilləşdirilməsinə, idarəetmənin müasir prinsiplər üzrə təşkilinə, təhsil sisteminin beynəlxalq standartlara uyğunlaşdırılmasına və dünya təhsil sisteminə inteqrasiyasına zəmin yaratdı.
Böyük tarixi şəxsiyyət Heydər Əliyevin təhsilə verdiyi böyük qiymət Azərbaycanda demokratiyanın yaranması, formalaşması və çiçəklənməsi dövrünün inkişafında ən mühüm hadisəyə çevrildi. Elm və təhsilə böyük önəm verilməsi, bir-birinin ardınca yeni proqram və layihələrin, təhsil islahatlarının həyata keçirilməsi ölkənin elmi, mədəni və sosial-iqtisadi həyatında böyük dönüş yaratdı.
Qeyd edilib ki, ulu öndərin siyasi kursunu uğurla davam etdirən möhtərəm Prezidentimiz İlham Əliyev cənabları digər sahələrlə yanaşı milli təhsilimizin inkişafı, beynəlxalq aləmə inteqrasiyasını daha da sürətləndirmək istiqamətində həyata keçirdiyi tədbirlər artıq öz bəhrəsini verir