Şəki şəhər Heydər Əliyev Mərkəzinə virtual ekskursiya təşkil edilib

Şəki şəhər Heydər Əliyev Mərkəzinə virtual ekskursiya təşkil edilib

Ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinin, onun xalqımıza yadigar qoyduğu zəngin irsin yüksək səviyyədə təbliğ edildiyi, biri-birindən çox uzaq məsafədə yerləşən Heydər Əliyev Mərkəzlərinin əməkdaşlığının möhkəmləndirilməsi və təcrübə mübadiləsi baxımından, eləcə də Azərbaycan mədəniyyətinin zənginliyini nümayiş etdirən maddi-mədəniyyət nümunələrinin, bundan başqa, xalqımızın qədim və zəngin tarixinin, mədəniyyətinin dərindən öyrənilməsi məqsədilə sentyabrın 2-də Zərdab rayon Heydər Əliyev Mərkəzinin təşəbbbüsü ilə Şəki şəhər Heydər Əliyev Mərkəzi virtual ekskursiya təşkil edib.
ZOOM proqramı ilə keçirilən tədbirdə Zərdab rayon Heydər Əliyev Mərkəzinin direktoru Könül Rəhimova və Şəki şəhər Heydər Əliyev Mərkəzinin direktoru Rəşadət Sadıqov tədbir iştirakçılarını salamlayaraq Mərkəzin fəaliyyəti haqqında ətraflı məlumat veriblər.
Şəki şəhər Heydər Əliyev Mərkəzinin direktoru Rəşadət Sadıqov və Mərkəzin Muzey bələdçiləri Xuraman Səmədova, Xumar Musayeva dahi rəhbərin zəngin və mənalı ömür yolunu əks etdirən eksponatlar, Ulu Öndərin siyasi irsini təbliğ edən əyani vəsaitlərlə virtual ekskursiya iştirakşılarını tanış etdilər.
Eyni zamanda Zərdab rayon Heydər Əliyev Mərkəzinin direktoru Könül Rəhimova və Mərkəzin Muzey bələdçisi Xanım İmanova Mərkəzdə ümummilli lider Heydər Əliyevin həyat yolu, ulu öndər barədə maraqlı faktlar, ulu öndərin həm sovet hakimiyyəti dövründə, həm də müstəqillik illərində həyata keçirdiyi fəaliyyət konsepsiyasının müxtəlif dövrlərini özündə əks etdirən fotoları virtual formada ekskursiya iştirakçılarına təqdim etdilər.
Zərdab rayon Heydər Əliyev Mərkəzinin fond mühafizi Nicat Əhmədzadə virtual ekskursiya zamanı bildirilib ki, Zərdab rayon Heydər Əliyev Mərkəzində 195 eksponat, 525 adda 575 kitab mühafizə olunur. Həmin eksponatlar Ümummilli Liderin dövlətçilik və siyasi fəaliyyətinin öyrənilməsində, onun mənalı həyatı, zəngin və çoxşaxəli fəaliyyəti barədə faktların gələcək nəslə çatdırılmasında böyük rol oynayır. Bu faktlar əsasında Azərbaycanın müasir dövlətçilik tarixini və Ümummilli Liderin siyasi irsini öyrənmək üçün dəyərli məlumatlar əldə etmək olar. Virtual ekskursiya zamanı Şəki şəhər və Zərdab rayon Heydər Əliyev Mərkəzlərinin ekspozisiyasında nümayiş olunan eksponatlar haqqında geniş məlumat verilib.