15 İyun Milli Qurtuluş Gününə həsr olunmuş videokonfrans keçirilmişdir

15 İyun Milli Qurtuluş Gününə həsr olunmuş videokonfrans keçirilmişdir

Azərbaycan xalqının taleyində böyük əhəmiyyət daşıyan elə günlər var ki, həmin günlərdə onun gələcək həyatını müəyyən edən mühüm başlanğıcların əsası qoyulub.Belə günlərdən ən önəmlisi tariximizə qızıl hərflərlə yazılmış 15 İyun-Milli Qurtuluş Günüdür.
İyunun 13-də Şəki şəhər Heydər Əliyev Mərkəzinin, MKS-nin 9 nömrəli kitabxana filialı və Səki ASAN Xidmət Mərkəzinin birgə təşkilatçılığı ilə 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş onlayn konfrans keçirildi.
Konfransı giriş sözü ilə açan mərkəzin drektoru Rəşadət Sadıqov bildirdi ki, İyunun 15-i xalqımız üçün əsl qurtuluş tarixidir. Bu tarixi yaradan və Azərbaycanın müstəqilliyinin qorunub saxlanılmasında, möhkəmləndirilməsində, inkişafında müstəsna rol oynayan, daim xalqına arxa, dayaq olan Heydər Əliyevdir.
Sonra MKS-nin 9 nömrəli kitabxana filalının müdiri Rüfanə Həsənova və ASAN Xidmət Mərkəzinin könüllüsü Mabudlu Elvin qeyd etdilər ki, 1993-cü il iyunun 15-i Azərbaycan tarixinə Milli Qurtuluş Günü kimi daxil olub. 15 İyun-Milli Qurtuluş Günü həm Ulu Öndər Heydər Əliyev əzəmətinin və qüdrətinin, həm də xalqımızın müdrikliyinin təntənəsidir. Ümummilli liderimizin hakimiyyətə qayıdışına qədər Azərbaycan tənəzzül etməkdə olan bir ölkə kimi tanınırdısa, bu gün respublikamız bütün dünyada ən yüksək sürətlə inkişaf edən iqtisadiyyata malik bir dövlət kimi tanınır. Dahi şəxsiyyətin möhtəşəm qayıdışı Azərbaycanın bir ölkə olaraq sosial-iqtisadi həyatının tamamılə dəyişməsi ilə müşayət edildi. Heydər Əliyevin hakimiyyətə yenidən gəlişindən sonra Azərbaycan onun müəyyənləşdirdiyi siyasətin təsiri altında inkişaf,tərəqqi və yüksəliş dövrünə qədəm qoydu.
Daha sonra konfransda Ulu Öndər Heydər Əliyevin Hakimiyyətə böyük qayıdışından bəhs edən videoçarx nümayiş ettirilirdi.
Videokonfransda qeyd olundu ki, bu gün qazanılan bütün nailiyyətlərin əsasında Ümummilli liderimiz Heydər Əliyev tərəfindən müəyyənləşdirilən siyasi kurs və cənab Prezidentimiz İlham Əliyevin bu siyasi kursu uğurla davam etdirməsi faktı durur. Bu gün xalqımız əmindir ki, müstəqil Azərbaycan Heydər Əliyev ideyaları işığında Prezident İlham Əliyevin rəhbərliyi ilə daha yüksək zirvələr fəth edəcək.
Sonda Şəki şəhər 5 saylı tam orta məktəbin şagirdi Rasif Abdullayevin ifasında Xalq şairi Zəlimxan Yaqubun “O, Həyatı sevirdi” adlı şeiri səsləndirildi.