Dərnəklər

Gənclərin asudə vaxtlarının səmərəli təşkili, bilik və bacarıqlarının təkminləşdirilməsi üçün Mərkəzdə müasir standartlara uyğun dərnəklər təşkil edilmişdir. Burada rəsm, şahmat, etika kulubu, foto-video studiya, xarici dil, intellektual oyun otaqları və s. kimi dərnəklər fəaliyyət göstərir.

Şahmat dərnəyi - Şəki Heydər Əliyev Mərkəzində gənclərin intellektual səviyyəsini yüksəltmək məqsədilə şahmat klubu yaradılmışdır. Burada təşkil olunan şahmat dərnəyində tədris birinci dərəcəli idman ustası Babayeva Pərvanə Şahid qızı tərəfindən,həftənin 1-ci və 3-cü günləri tədris olunur. 10 yerlik şahmat otağında tədris zamanı nəşri vəsaitlərlə yanaşı elektron resurslardan da istifadə olunur.

Rəsm dərnəyi - Mərkəzdə fəaliyyət göstərən rəsm dərnəyinin üzvləri burada incəsənətin sirlərini öyrənir və rəssamlıq sənətinə yüksək səviyyədə yiyələnirlər. Mərkəz tərəfindən təşkil olunan rəsm dərnəyinin fəaliyyəti də daim diqqət mərkəzində saxlanılır, dərnək üzvlərinin əl işlərinin sərgilənməsi üçün onlara dəstək göstərilir. Tədris öz sahələrində fərqlənən rəssam Əhmədov Sahib tərəfindən aparılır.

Etika klubu - Şəki Heydər Əliyev Mərkəzində Etika Klubu fəaliyyət göstərir. Burada gənclər və iş dünyasında uğur qazanmaq istəyənlər üçün xüsusi tədris mexanizmi təklif olunur. Etika Kulubu peşakar davranış qaydalarının öyrənilməsinin vahid bazasıdır. Klubun əsas məqsədi etik prinsipləri, biznes prinsipini, yüksək standartlara uyğun kadrlara aşılamaqdır. Etika Klubunun təşkil etdiyi kurslarda natiqlik, liderlik, motivasiya, biznes etiketi, CV necə yazılmalı, korporativ etiket, gənclərin mədəni inkişafına kömək etmək, bəşəri dəyərləri təbliğ etmək, gənclərin bilik və çıxış imkanlarını asanlaşdırmaq kimi vəzifələr həyata keçirilir. Dərslər Azərbayacan Gənclərinin Avropaya İnteqrasiya Təşkilatı İctimai Birliyi, Fərdi İnkişaf Mərkəzi "Etika Akdemiyası" nın direktoru Günel İbrahim tərəfindən sərbəst qrafik əsasında aparılır.

Foto-video studiya - Mərkəzdə yaradılan foto-video studiyada foto çəkilişlərin aparılması, kiçik həcmli sənədli filmlərin və animasiyaların hazırlanması bacarıqlarına yiyələnmək imkanı vardır. Dərslər istedadlı fotoqraf Əhmədli İsmayıl Bayram oğlu tərəfindən sərbəst qrafik əsasında aparılır.

Xarici dillərin tədrisi - Mərkəzdə fəaliyyət göstərən Xarici dillərin tədrisi bölməsində ingilis dili dərnəyi fəaliyyət göstərir. Dərslərdə ən müasir tədris metodlardan istifadə olunur. Burada oxu və qrammatika kitabları ilə yanaşı xüsusi proqramlar, cd/dvd materiallar, audiovizual vəsaitlər geniş tətbiq olunur. Dərslər istedadlı İngilis dili müəllimi Məmmədova Ayşən Namiq qızı tərəfindən həftənin II, IV, VI günləri tədris olunur.



Burada həmçinin məşğələ və intellektual oyun otaqları gənc nəslin yaradıcı inkişafı üçün nəzərdə tutulmuşdur. Tədris ən müasir texnologiyalardan istifadə etməklə xüsusi materiallar əsasında keçirilir.

Şəki Heydər Əliyev Mərkəzində bütün dərnəklər 2019-cu ilin fevral ayından fəaliyyətə başlamışdır.