Yaxın mədəniyyət müəssisələri

Mərkəzi Kitabxana

Dəvəçi rayonu (indiki Şabran) 1930-cu il Avqust ayının 8-də təşkil olunmuşdur. 1939-cu ildə isə rayonda Mərkəzi Kitabxana yaradıldı. Dəvəçi 1944-cü ilə qədər “Dəvəçi bazarı” adlandırılıb. 1944-1961-ci ilərdə şəhər tipli qəsəbə olub. 04 Yanvar 1963-cü ildə ləğv edilərək ərazisi Abşeron rayonu ilə birləşdirilmişdir. 06 Yanvar 1965-ci ildə isə ayrıca rayon kimi fəaliyyət göstərərək inzibati mərkəzi Dəvəçi olmuşdur. 1959-1992- ci ilədək Siyəzən rayonu Dəvəçi rayonunun tərkibində olmuşdur. 2010 – cu il Aprelin 10-da Prezident İlham Əliyevin Sərəncamı ilə Şabranın tarixi adı özünə qaytarılmış və 2300 illik yubileyi təntənə ilə qeyd olunmuşdur.

Şabran rayon kitabxanası Mərkəzləşdirilmiş Kitabxana Sistemi kimi 1979-cu ildən fəaliyyətə başlayıb, hal-hazırda tabeliyində 42 kitabxana: - 1 Mərkəzi Kitabxana, 3 Şəhər və 38 kənd kitabxanası fəaliyyət göstərir. Şabran rayon MKS-də 111 nəfər işçi çalışır.Onlardan 6 nəfəri texniki işçi, 105 nəfəri isə kitabxanaçıdır. 6 nəfəri Ali ixtisas, 7 nəfəri qeyri-Ali ixtisas, 15 nəfəri orta ixtisas, 33 nəfəri qeyri orta -ixtisas, 44 nəfəri isə orta təhsillidir.

Şabran rayon MKS-nin strukturuna 1 Mərkəzi Kitabxana və 42 filial kitabxana daxildir. Fəaliyyəti cari ildə MKS-nin vəzifələri, işin əsas istiqamətləri üzrə kəmiyyət göstəriciləri, kitabxanaların kompüter və informasiya proqram təminatı, oxuculara xidmət və ədəbiyyatın təbliği, fondun formalaşması və soraq biblioqrafiya xidməti, MKS-nin metodiki işi, kadrlarla iş və onların ixtisaslarının artırılması, MKS-nin kütləvi informasiya vasitələrilə əlaqəsi və MKS-nin maddi – texniki bazasının möhkəmləndirilməsindən ibarətdir.

Ünvanı: Şabran rayonu, Z.Əliyeva küçəsi 1.

Mədəniyyət Mərkəzi

2010-cu ildə Şabran rayon Mədəniyyət evinin bazasında Mədəniyyət Sarayı kimi fəaliyyətə başlayıb. Azərbaycan Respublikasi Mədəniyyət Nazirliyinin 27.12.2012-ci il tarixli, 8 sayli Qərarı ilə təsdiq edilmiş şəhər (rayon) Mədəniyyət Mərkəzinin nümunəvi əsasnaməsinə müvafiq olaraq 2015-ci ilin ikinci yarısından mədəniyyət mərkəzi kimi fəaliyyət göstərir. Uyğunlaşdırılmış binada yerləşən Şabran rayon Mədəniyyət Mərkəzi Xaçmaz Regional Mədəniyyət İdarəsinin balansındadır. Mədəniyyət Mərkəzində 330 nəfərlik tamaşa zalı, 2 dərnək otağı, 6 inzibati otaq vardır. Binanın ümumi sahəsi 698,50 kv metrdir. Mədəniyyət Mərkəzində ştat cədvəli üzrə çalışan işçilərin ümumi sayı 16 nəfərdir. İşçilərdən 6 nəfəri mədəniyyət işçisi, 10 nəfəri isə texniki işçidir. Onlardan 4 nəfəri ali, 1 nəfəri orta ixtisas təhsilli, texniki işçilərdən 3 nəfəri isə orta ixtisas təhsillidir.Mədəniyyət Mərkəzinin tabeliyində 19 mədəniyyət müəssisəsi - 2 şəhər klubu, 5 kənd Mədəniyyət evi, 12 kənd klubu vardır.Mədəniyyət Mərkəzinin kollektivi öz işini Azərbaycanın qeyri-maddi mədəni irs sahəsinin qorunması, inkişaf etdirilməsi istiqamətində qurmağa səy göstərmiş, bu məqsədlə müxtəlif mədəni kütləvi tədbirlərin keçirilməsi nail olmuşdur. Kollektiv rəhbərlik tərəfindən verilən tapşırıqlara əməl etmiş, keçirilən ümumrayon tədbirlərində beynəlxalq festivallarda fəal iştirak edərək tamaşaçı rəğbəti qazanmışdır.Şabran rayon Mədəniyyət Mərkəzinin yerləşdiyi bina 2010-cu ildən Şabran şəhər Mədəniyyət Sarayı kimi fəaliyyətə başlamışdır. 2015-ci ildən Mədəniyyət Sarayına Mədəniyyət Mərkəzi statusu verilmişdir. Mədəniyyət Mərkəzinin tabeliyində 18 filial-5 Kənd Mədəniyyət evi,13 klub fəaliyyət göstərir.

Şabran Tarix Diyarşünaslıq Muzeyi

1970-ci illərdən başlayaraq respublikamızda müxtəlif profilli muzeylər yaradılmış, fəaliyyət göstərən muzeylər zənginləşdirilmişdir. Azərbaycanda muzey işinə diqqət və qayğı Ümumilli lider Heydər Əliyevin Respublikaya rəhbərliyi dövründə daim xüsusi yer tuturdu. 1980-ci ildə məhz Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə bütün rayonlarda tarix diyarşünaslıq muzeylərinin yaradılması barədə qərar qəbul edilmişdir. Əsası 1991-ci ildə qoyulan Şabran Tarix-Diyarşünaslıq Muzeyi H. Əliyevin 75-illik yubileyi ərəfəsində istifadəyə verilmişdir. Muzey maddi və mənəvi sərvətlərlə zənginlərşdirilərək tamaşaçıların ixtiyarina verildi. Muzeyin ekspozisiyasında bütün tarixi dövrləri əks etdirən eksponatlar nümayiş etdirilir. Muzey və Şabran rayonu haqqında informasiyalar foyedə öz əksini tapmışdır. Muzeyin ekspozisiya hissəsi 200 kv. m sahədən, bir foye, üç zaldan ibarətdir. Ekspozisiyanın birinci zalında Şabran rayonunun təbiəti və tarixi abidələri haqqında informasiyalar verilmişdir. İkinci zalda Şabran rayonu orta əsrdə, Azərbaycan tarixi yeni dövrdə -Xanlıqlar, Azərbaycan Rusiya imperiyasının müstəmləkəçiliyi altında olan dövrü, həmçinin Azərbaycan Demokratik Respublikasının yaranması, SSRİ-nin tərkibində Azərbaycan, Azərbaycanın hərbi tarixi, Şabran rayonunda hərbi-vətənpərvərlik tərbiyəsini əks etdirən materiallarla zəngindir. Üçüncü zalda Müstəqilliyə gedən yol, Azərbaycanın müstəqillik illərində, Müasir Azərbaycan tarixinə dair məlumatlar ekspozisiyasında nümayiş etdirilir. Tarixin müxtəlif dövrlərinə aid məişət, zinət, bəzək əşyaları, silahlar, əmək alətləri, və s. bölgənin tarix və mədəniyyətini, sənətkarlığını təbliğ edən eksponatlar muzeyin ekspozisiyasını bəzəyir.