Kitabxana

Kitabxananın ümumi sahəsi 35 kv metrdir ikitərfli vitrindən ibarətdir burada həm siyasi həm ensiklopedik həm də bədii kitablar vardır.Kitabxanada ümumilikdə 1344 ədəd olmaqla kitab və jurnal vardır.Bədii kitablar arasında Şabran rayon yazarlarının da kitabları yer alır. Burada olan jurnallar arsında BAKU jurnalı geniş yer almışdır.Burada eyni zamanda 15 nəfər oxucunun kitab oxumaq imkanı yaradılıb. Ensiklopedik kitablara arasında Azərbaycan Milli Ensiklopediyası ,İqtisadi Ensiklopediya,Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası və.s vardır.Bundan başqa kitabxanada xarici ədəbiyyat (rus, ingilis) da vardır.Şabran rayonu haqqında nəşr olunmuş Şabran "Bu Gün" kitabları da rayon sakinlərinin rayon haqqında geniş məlumat almaları üçün daim oxucuların ixtiyarındadır. Rayonun Tarixi Mədəni abidələri haqqında ətraflı məlumat əldə etmək üçün kitabxanada kifayət qədər material vardır. Burada həmçinin cənab prezidet İlham Əliyevin həyat və fəaliyyətini əks etdirən çox cildlik kitablar o cümlədən 2003-2018-cil illəri əks etdirən "Ugur Salnaməsi" adlı kitab da vardır.