Heydər Əliyev və Şabran

"Şabran bizim 2300 illik şəhər tariximizi yaşadır.

Bura baxdıqca biz həmin dövrün istehsal mədəniyyətini öyrənirik".

HEYDƏR ƏLİYEV. Şabran 1983.

Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 1-ci katibi olan Heydər Əliyev 1982-ci ildə Dəvəçiyə (indiki Şabran) səfərə gəlmiş, Broyler Quşçuluq fabrikinə baş çəkmiş, buranın kollektivi və işçi qüvvəsi ilə yaxından tanış olmuşdur. Sonra o sexləri gəzmiş, mövcud problemlərdən danışmış, dəyərli tövsiyyələr vermişdir. 1983-cü ilin sentyabr ayında SSRİ Nazirlər Sovetinin 1-ci müavini kimi H.Əliyev ikinci dəfə Şabrana gəlmişdir. O, SSRİ-nin və respublikanın rəhbər işçilərinin müşayiəti ilə Çıraqqala və Şabran tarixi abidələrində olmuşdur. H.Əliyev Şabran şəhərində aparılan qazıntılar zamanı aşkara çıxan tarixi abidələrlə yaxından tanış olmuş, tarixi eksponatlar haqqında ona ətraflı məlumat verilmişdir. Məhz bu tanışlıqdan sonra tarixi abidələrə dünyanın marağı artmışdır. H.Əliyev Çıraqqala sanatoriyasında respublikamızın müxtəlif yerlərindən istirahətə gələnlərlə görüşüb söhbət aparmış, mineral su mənbəyinə baxmış, kurortun perspektivi ilə tanış olmuşdur. 20 il sonra 2003-cü ildə müstəqil Azərbaycanın prezidenti H.Əliyev ölkəmizin tarixi irsinin və Azərbaycan xalqının memarlıq ənənələrinin mühüm nümunələrindən olan Çıraqqala və Şabran şəhəri tarixi abidələr kompleksini gələcək nəsillər üçün saxlanılması, bərpası və mühafizəsinin təmin edilməsi məqsədilə sərəncam imzalamışdır. Bu tarixi abidələr 27 sentyabr 2003-cü ildə Şabran tarixi abidələr kompleksi, 23 iyun 2003-cü ildə Çıraqqala tarixi abidələr kompleksi Qoruq elan edilmişdir. Ümumilli liderin Şabran rayonuna səfərləri zamanı çəkilmiş şəkillər hazırda Heydər Əliyev Mərkəzində yer almışdır. Bunlar aşagıdakılardır:

Azərbaycan KP MK-nin 1-ci katibi İşləyərkən Heydər Əliyev Şabran (keçmiş Dəvəçi) rayonuna səfəri çərçivəsində 25 iyun 1983-cü ildə rayon fəalları ilə görüşmüşdür:

Azərbaycan KP MK-nin 1-ci katibi İşləyərkən Heydər Əliyev Şabran (keçmiş Dəvəçi) rayonuna səfəri çərçivəsində 25 iyun 1983-cü ildə Dəvəçi Broyler Quşçuluq Fabrikinin kollektivi ilə görüşmüşdür:

Azərbaycan KP MK-nin 1-ci katibi İşləyərkən Heydər Əliyev Şabran (keçmiş Dəvəçi) rayonuna səfəri çərçivəsində 06 sentyabr 1983-cü ildə Dəvəçi Qalaaltı Sanatoriyasının kollektivi ilə görüşmüşdür:

SSRİ Nazirlər Sovetinin 1-ci müavini İşləyərkən Heydər Əliyev Şabran (keçmiş Dəvəçi) rayonuna səfəri çərçivəsində 06 sentyabr 1983-cü ildə Qədim Şabran Tarix və Mədəniyyət Abidəsi ilə tanış olmuşdur: