Mərkəzə gələn qonaqlar Azərbaycan xalqının Ümumilli Lideri, Ulu Öndər Heydər Əliyevin zəngin irsi ilə tanış olmaq, əyani vəsaitlərdən istifadə etmək imkanı qazanırlar. Tamaşaçılar ilk olaraq ulu öndərin qranitdən qoyulmuş büstünü ziyarət edir, ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinin bütün dövrlərini əks etdirən eksponatlar - fotoşəkillər, fəxri fərmanlar, orden və medallar bir neçə bölmə üzrə xronoloji ardıcıllıqla nümayiş olunur.Birinci bölmədəki şəkillər ümummilli lider Heydər Əliyevin uşaqlıq illərindən xronoloji ardıcıllıqla general mayor rütbəsinə qədər yüksəldiyi illəri əhatə edir. Burada Hedər Əliyevin anası anası İzzət xanım Əliyeva ilə atası Əlirza Əliyevlə birgə şəkli, uşaqlıq, məktəb illərinə aid fotolar tələbə yoldaşları və dostları ilə şəkilləri yer alır.

Heydər Əliyev dostları və həmkarları ilə

Heydər Əliyev Tələbə yoldaşları ilə

2-ci bölmədə təhlükəsizlik orqanlarında çalışan H.Əliyev 1964 -cü ildən Azərbaycan SSR Nazirlər soveti yanında Dövlət Təhlükəsizlik Komitəsi Sədrinin müavini,1967-ci ildən isə sədri vəzifəsində işləyən dövrlərini əks etdirən şəkillər yerləşir. O, bu dövrdə General -mayor rütbəsinə qədər yüksəlmişdir.

3-cü bölmədə H.Əliyevin 1969-1982-ci illərdə Ümummilli Liderimizin Azərbaycana rəhbərlik etdiyi dövrdən bəhs edir. Bu dövrdə Azərbaycanda həyatın bütün sahələrində misilsiz inkişaf səviyyəsi əldə edilmişdir.1969-cu il iyul ayında Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin plenumunda H.Əlyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 1-ci katibi seçilmişdir. Beləliklə sovetler dövründə iqtisadi göstəriciləri sonuncu yerdə olan respublika inkişaf dövründə qədəm qoydu. O vaxt ulu öndərimiz Azərbaycanın müstəqillik yollarında qarşılaşacağı problemləri qabaqcadan görür, bu günümüz üçün vacib olan problemləri həll edirdi.

Kür-su kəmərinin tikintisində (1970)

Ulduz metro stansiyasının açılışında (1970)

Taxılçılıq, üzümçülük, pambıqçılıq (1974) sahələrində.

H.Əliyev Mingəçevir toxuculuq kombinatında (1981).

Bakı məişət kondinsionerləri zavodunda (1975).

Bibiheybət Neft və qazçıxarma idarəsinin sahəsində (1981).

Sonuncu bölmədə artıq Müstəqillik dövrünü əhatə edən fotoşəkillər yer alır (1993-cü ildən sonra)

4-cü bölmədə Ümumilli liderin fəxri fərmanları, orden və medalları yerləşir.