" Tariximizin silinməz izləri -31 mart"

" Tariximizin silinməz izləri -31 mart"

31 mart 2021-ci il tarixində Şabran rayon Heydər Əliyev Mərkəzinin təşəbbüsü və Zaqatala,Cəlilabad və Şamaxı rayon Heydər Əliyev Mərkəzlərinin birgə təşkilatçılığı ilə " Tariximizin silinməz izləri -31 mart" adlı zoom proqramı vasitəsilə onlayn tədbir keçirilmişdir.Tədbirdə soyqırım qurbanları bir dəqiqəlik sükutla anılmıs sonra tədbiri giriş sözü ilə Şabran abran rayon Heydər Əliyev Mərkəzinin direktoru Təvəkgül Əliyev çıxış edərək qeyd etmisdir ki, 1998-ci il martın 26-da Azərbaycan Respublikası Prezidenti Heydər Əliyevin imzaladığı "Azərbaycanlıların soyqırımı haqqında" fərmanda həmin dəhşətli hadisələrə adekvat siyasi qiymət verilib və 31 mart "Azərbaycanlıların Soyqırımı günü" elan edilib. Fərmanda deyilirdi: "Azərbaycanın XIX-XX əsrlərdə baş verən bütün faciələri torpaqlarının zəbti ilə müşayiət olunaraq, ermənilərin azərbaycanlılara qarşı düşünülmüş, planlı surətdə həyata keçirdiyi soyqırımı siyasətinin ayrı-ayrı mərhələlərini təşkil etmişdir.Daha sonra Cəlilabad Heydər Əliyev Mərkəzinin direktoru Ofeliya Qəhrəmanova ,Zaqatala Heydər Əliyev Mərkəzinin direktoru Famil Rəhimov,Şamaxı Heydər Əliyev Mərkəzinin direktoru Könül Eyvazova və Şabran rayon Heydər Əliyev Mərkəzinin kiçik elmi işçisi Təhminə Əliyeva çıxış edərək bildirmişlər ki,Mart Soyqırımı və ya Mart Hadisələri — 1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Soveti və Daşnaksütundan olan erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdikləri qırğın. Rəsmi mənbələrə əsasən soyqırım nəticəsində 12 minə yaxın azərbaycanlı qətlə yetirilmiş, on minlərlə insan itkin düşmüşdür.