Əsrin müqaviləsinin 26-cı il dönümü ilə baglı videoçarx.

Məruzəçi Mehriban Ömərova qeyd etmişdir ki, 1993-cü ilin iyun ayında Ümummilli lider Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı ilə ölkəmizdə anarxiyanın qarşısı alındı, ictimai-siyasi sabitliyin bərpa olunması yönündə ciddi addımlar atıldı. Məhz belə bir şəraitdə “Əsrin müqaviləsi”nin imzalanması üçün xarici şirkətlərlə danışıqlara başlanıldı. Bu danışıqlar uğurla yekunlaşdı və müqavilə imzalandı. Əlbəttə ki, həmin danışıqlar çox çətin şəraitdə gedirdi. Çünki Azərbaycanda sabitlik tam bərpa olunmamışdı, ölkəmiz müharibə şəraitində idi. Ona görə də, bəzi xarici dövlətlərdə bir inamsızlıq var idi. Amma Ulu öndər Heydər Əliyevin şəxsi nüfuzu və Ona olan inam sayəsində 1994-cü ilin sentyabr ayında “Əsrin müqaviləsi” imzalandı. Həmin ilin dekabr ayında isə müqavilə Milli Məclis tərəfindən ratifikasiya olundu.

“Əsrin müqaviləsi»nin imzalanması Azərbaycanın dirçəlişinə, iqtisadi inkişafına böyük yol açdı. Bir sözlə, bu müqavilənin imzalanması müstəqil Azərbaycanın inkişafının əsasını təşkil edir. Prezident İlham Əliyev belə bir fikir söyləyib ki, bizim məqsədimiz neftdən gələn gəlirləri Azərbaycan xalqının gələcək rifahına yönəltməkdən ibarətdir.