Rayon haqqında məlumat

Rayon haqqında məlumat

Rayon İcra Hakimiyyətinin başçısı Hüseynov Asif Həbib oğlu 05 aprel 2019-cu il tarixdən işləyir. Ərazisi 1,09 min kv. Km-dir, Rayonda 1 şəhər və 67 kənd vardır. Əhalisi 59,2 min nəfərdir. 2009-cu il siyahıyaalınmasına əsasən azərbaycanlılar 93,5% tatlar 3,4%, türklər 2,8% və digər milliyyətlərin nümayəndələri 0,3% təşkil edir. Rayon ərazisində 293 nəfər (85 ailə) məcburi köçkün məskunlaşmışdır.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 08.11.07, 12.08.10, 15.08.11, 19.07.13, 28.09.13-cü il və 08.08.2015-tarixlərdə (6 dəfə) Şabran rayonuna səfər etmişdir.

Azərbaycan Respublikası Prezidentinin Sərəncamları:

- 13.04.10-cu il tarixli - Dəvəçi rayonu Şabran rayonu adlandırılmışdır;

- 16.08.11-ci il tarixli - Siyəzən və Şabran rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsi məqsədi ilə Prezidentin ehtiyat fondundan Siyəzən və Şabran RİH-nin hər birinə 2,0 mln manat ayrılmışdır;

- 24.07.12-ci il tarixli - 4 min nəfər əhalinin yaşadığı 11 yaşayış məntəqəsini birləşdirən 35 km uzunluğunda Şabran-Pirəbədil-Zeyvə avtomobil yolunun tikintisi məqsədi ilə RİH-ə dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündən 7,5 mln manat ayrılmışdır;

- 25.07.13-ci il tarixli - rayonun sosial-iqtisadi inkişafının sürətləndirilməsi məqsədi ilə Prezidentin ehtiyat fondundan RİH-ə 2,0 mln manat ayrılmışdır.

Sosial-iqtisadi göstəricilər:

- Ümumi məhsul buraxılışı 2003-cü ilə nisbətdə 2018-ci ildə 11,4 dəfə, sənaye məhsulunun həcmi 10 dəfə, kənd təsərrüfatının ümumi məhsulu 9,3 dəfə və tikinti quraşdırma işləri 385 dəfə artmışdır;

- Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 15 ildə 164 sahibkara 47 milyon manat kredit verilmişdir ki, bunun nəticəsində 1609 iş yeri açılmışdır.

- 2003-2018-ci ildə 9365-i daimi olmaqla 13643 yeni iş yeri açılmışdır;

- Heydər Əliyev Mərkəzi yaradılmış, Ümummilli Liderin adını daşıyan mədəniyyət və istirahət parkı yenidən qurulmuş və abidəsi ucaldılmışdır;

- 80 çarpayılıq Rayon Mərkəzi Xəstəxanası, əlil və şəhid ailələri üçün ümumilikdə 44 mənzilli 3 yaşayış binası, Uşaq Yaradıcılıq Mərkəzi, Kitab evi, Poeziya evi və Ağsaqqallar evi, Bayraq Meydanı, Şəhərin cənub girişində rayonun keçmişini əks etdirən “Loqo” abidə, şimal girişində isə şəhərə giriş qapısı, Şəhidlər Xiyabanında Şəhidlər Seyrəngahı inşa edilmiş, şəhərin küçələri abadlaşdırılmış, 4.5 km uzunluğunda 10 küçə, tarix-diyarşünaslıq muzeyi, 330 yerlik Mədəniyyət sarayı, 5 ictimai yaşayış binası əsaslı təmir edilmiş, 2 quşçuluq müəssisəsi, 2 şərab zavodu, “Elit” toxumçuluq təsərrüfatı və “Aqrotexservis” yaradılmışdır;

- 08.08.2015-ci il tarixində Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin iştirakı ilə “Qalaaltı Hotel SPA” Mərkəzinin açılışı olmuş və fəaliyyətə başlamış, Qarabağ müharibəsi əlili və şəhid ailələri üçün 5 fərdi yaşayış binası tikilib istifadəyə verilmiş, daha 2 nəfər Qarabağ müharibəsi əlilinə fərdi mənzil tikintisi üçün torpaq sahəsi ayrılmışdır. Uşaq Gənclər istirahət və Əyləncə Mərkəzinin, “Əlincə” futbol klubu üçün istirahət mərkəzinin, Şabran şəhərində Heydər Əliyev prospekti və M.Ə.Rəsulzadə küçələrində yenidənqurma işləri davam etdirilir;

- Rayon mərkəzi də daxil olmaqla, 34 yaşayış məntəqəsi (86%) qazlaşdırılmışdır;

- Azərbaycan Hökuməti və Dünya Bankı tərəfindən maliyyələşdirilən “Şabran şəhərinin içməli su və kanalizasiya şəbəkəsinin tikintisi” layihəsinin icrasına 2010-cu ildə başlanmış, 2013-cü ildə başa çatdırılmışdır;

- 3116 şagird yerlik 25, o cümlədən Heydər Əliyev Fondunun vəsaiti hesabına 580 şagird yerlik 5 məktəb binası inşa edilmişdir. 2840 şagird yerlik 4 məktəb binası əsaslı təmir olunmuşdur.

9 yaşayış məntəqəsini birləşdirən, uzunluğu 39 km olan Şabran-Çayqaraqaşlı-Hacıqaraqaşlı-Udulu yolunun tikintisi, 5 yaşayış məntəqəsini birləşdirən 25 km uzunluğunda Şabran-Əmirxanlı-Qazbabalı yolunun, 8 yaşayış məntəqəsini birləşdirən 23 km uzunluğunda Şabran-Düzbilici-Qorğan-Çinarlar yolunun tikintisi davam edir.

Rayonda 2 yeni Aqropark: “Şabran” Aqroparkı və “Çıraqqala” Aqroparkı tikintisinə başlanılmışdır.

“Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illər sosial-iqtisadi inkişafı III Dövlət Proqramı”nın icrasına uyğun olaraq Şabran rayonunda kənd təsərrüfatının fındıqçılıq sahəsinin daha da inkişaf etdirilməsi, yeni fındıq bağlarının salınmasını surətləndirmək məqsədilə 1000 hektar torpaq sahəsi ayrılmışdır. Hal-hazırda 230,9 hektar sahədə yeni fındıq bağları salınmış və bu istiqamətdə işlər davam etdirilir.