Mərkəz haqqında məlumat

Mərkəz haqqında məlumat

Böyük Azərbaycan sevər, xalqımızın Ümummilli lideri Heydər Əlirza oğlu Əliyevin həyat və fəaliyyətinin, Azərbaycan tarixindəki misilsiz xidmətlərinin, Azərbaycanın hər bir bölgəsini özünə əziz tutan müdrik rəhbərimizin, eləcə də doğma Şabranımıza diqqət və qayğısının təbliği və tədqiqi məqsədilə rayonumuzda Şabran rayon Heydər Əliyev Mərkəzinin yeni inzibati binası müasir orijinal layihə əsasında 2011-ci 15 avqust tarixində istifadəyə verilmişdir. Bina 2 mərtəbə və 9 otaqdan ibarətdir. Mərkəz Şabran rayonu Heydər Əliyev prospekti 60 A ünvanında yerləşir. Ümumi sahəsi 1000 m2 olan Mərkəzdə dünya şöhrətli siyasi xadim Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən kitablar, fotolar, fəxri diplomlar və digər sənədlər sərgilənir. Fotolarda Ulu Öndərin uşaqlıq, yeniyetməlik, tələbəlik illəri, Dövlət Təhlükəsizlik Komitəsində işlədiyi, Azərbaycan Kommunist Partiyasının birinci katibi olduğu dövrlərdə Şabrana səfərləri əks olunmuşdur. Mərkəzdə həmçinin Ümummilli lider Heydər Əliyevin SSRİ Nazirlər Soveti sədrinin birinci müavini, müstəqil Azərbaycan Respublikasının Prezidenti olduğu dövrlərdə Şabrana səfərlərini əks etdirən fotolar yer almışdır. Buradakı eksponatlar və fotolardan aydın görünür ki, müasir Azərbaycan tarixinin çox mühüm və taleyüklü səhifəsi məhz Ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır.

Binanın I mərtəbəsi Ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən foto və sənədlərdən ibarətdir. Mərkəzdə ümumilikdə 150 eksponat vardır. Bu eksponatlar hamısı elektron portala işlənmişdir. İkinci mərtəbədə həmçinin xalçaçılıq və rəssamlıq dərnəyi fəaliyyət göstərir. Fəaliyyət göstərən xalçaçılıq dərnəyi isə qədim xalq sənəti olan xalçaçılıq ənənələrinin yaşadılmasına böyük töhfələr verərək bu sənətin qədimliyini, dəyərini qoruyub saxlanılmasına xidmət edir. Mərkəzin birinci mərtəbəsində isə konfrans zalı, dizayn və nigah otağı, sərgi salonu vardır. Rəssamlıq dərnəyində məşğul olan şagirdlərin tez-tez rəsm sərgiləri təşkil olunmuşdur. Konfrans zalında da müxtəlif tədbirlərin keçirilməsi üçün hər cür şərait təşkil edilib. Mərkəzin birinci mərtəbəsində müasir internet klub, kitabxana və xarici dil öyrədən kurslar yaradılmışdır. Kompüter dərnəyində ümumtəhsil məktəblərinin şagirdləri və rayonumuzun gəncləri kompüter biliklərinə və işləmək bacarığına yiyələnmək imkanı əldə edir. Xarici dil kurslarına cəlb olunanlara müxtəlif xarici dillərdə (ingilis, rus) biliklərini zənginləşdirərək həmin dildə sərbəst danışmaq qabiliyyətini artırmaqları üçün hər cür köməklik göstərilir. Ulu öndər Heydər Əliyevin həyat və fəaliyyəti, dövlətçiliyimizin inkişafı istiqamətində həyata keçirdiyi tədbirlər internet vasitəsi ilə Mərkəzə gələn qonaqlara çatdırılır.