Mərkəzin binası

Mərkəzin binası

Şabran rayon Heydər Əliyev Mərkəzinin yeni inzibati binası müasir orijinal layihə əsasında 2011-ci 15 avqust tarixində istifadəyə verilmişdir. Bina 2 mərtəbə və 9 otaqdan ibarətdir. Mərkəz Şabran rayonu Heydər Əliyev prospekti 60 A ünvanında yerləşir. Ümumi sahəsi 1000 kv.m olan Heydər Əliyev Mərkəzinin konfrans zalı 54 nəfərlik-dir. Binanın I mərtəbəsi Ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən foto və sənədlərdən ibarətdir. Mərkəzdə ümumilikdə 150 eksponat vardır. İkinci mərtəbədə həmçinin xalçaçılıq və rəssamlıq dərnəyi fəaliyyət göstərir. Fəaliyyət göstərən xalçaçılıq dərnəyi isə qədim xalq sənəti olan xalçaçılıq ənənələrinin yaşadılmasında böyük töhfələr verərək bu sənətin qədimliyini, dəyərini qoruyub saxlanılmasına xidmət edir. Mərkəzin birinci mərtəbəsində isə konfrans zalı, dizayn və nikah otağı, sərgi salonu vardır. Rəssamlıq dərnəyində məşğul olan şagirdlərin tez-tez rəsm sərgiləri təşkil olunmuşdur. Konfrans zalınada müxtəlif tədbirlərin keçirilməsi üçün hər cür şərait təşkil edilib. Mərkəzin birinci mərtəbəsində müasir internet klub, kitabxana və xarici dil öyrədən kurslar yaradılmışdır. Kompüter dərnəyində ümumtəhsil məktəblərinin şagirdləri və rayonumuzun gəncləri kompüter biliklərinə və işləmək bacarığına yiyələnmək imkanı əldə edir. Xarici dil kurslarına cəlb olunanlara müxtəlif xarici dillərdə (ingilis, rus) biliklərini zənginləşdirərək həmin dildə sərbəst danışmaq qabiliyyətlərini artırmaqları üçün hər cür köməklik göstərilir.

Kompüter otagı