Yaxın mədəniyyət müəssisələri

Heydər Parkı

Ulu öndərin adını daşıyan bu park 2002-ci ildə 6 hektar ərazidə əhalinin istirahəti məqsədilə salınmışdır. Samux şəhərinin mərkəzində əsas yolun kənarında yerləşən bu istirahət parkı sanki müasirliklə təbiətin uyumunu özündə birləşdirir.

İnsanların asudə vaxtlarını əyləncəli və səmərəli keçirməsi üçün əvəzsiz olan bu park öz sakitliyi, havasının təmizliyi, xüsusən səhər və axşam gəzintiləri üçün olduqca əlverişlidir.

Parkda insanların dincəlməsi üçün bütün lazımi infrastruktur təşkil edilmişdir. Burada fəvvarələr, uşaqların dincəlməsi üçün müxtəlif uşaq əyləncə qurğuları, kafe və s. fəaliyyət göstərir. Həmçinin bu günün bütün müasir tələblərinə cavab verən Samux rayon Heydər Əliyev Mərkəzi yerləşir.

Samux rayon Uşaq Gənclər Şahmat Məktəbi

Samux rayon Uşaq Gənclər Şahmat Məktəbinin 2008-ci il 3 mart tarixində açılışı olmuşdur.

Rayon məktəblərində 10-dan çox bölmələri fəaliyyət göstərir. Fəaliyyətə başladığı gündən bir çox ölkə və Avropa şahmat yarışları qalibləri olan güclü şahmatçılar yetişdirmişlər.

Samux rayon Mərkəzləşdirilmiş Kitabxanası

1956-ci ildə fəaliyyətə başlamış və bütün kəndlər üzrə bölmələri olmuşdur. 1992-ci ildən Samux rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminə daxil olmuşdur. Burada Azərbaycan dilində nəşr olunmuş milli ədəbiyyat nümunələrini ilə yanaşı, xarici dillərdən tərcümə olunmuş, elmin müxtəlif sahələrini əhatə edən kitablar vardır. Hər il burada xüsusi “Kitab Bayramı” keçirilir. Samux rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemində oxuculara kitabxana xidmətinin müasir tələblərə uyğun səviyyədə cavab verməsi məqsədilə elektron kataloqun məlumat bazası genişləndirilmişdir.

Samux Mədəniyyət Mərkəzi

Samux rayon Mədəniyyət Mərkəzi 1956-cı ildə istifadəyə verilmişdir. İki mərtəbəlidir.
Mədəniyyət Mərkəzi kənd, qəsəbə klubları və kənd mədəniyyət evləri üçün metodik mərkəz funksiyasını yerinə yetirir. Samux rayon Mədəniyyət Mərkəzi özündə 6 mədəniyyət evini 10 klubu birləşdirir. Müxtəlif dərməklər örnək: folklor və s. fəaliyyət göstərir. Burada müxtəlif ədəbi-bədii gecələr, yubileylər, görüşlər, tamaşalar, sərgilər təşkil edilir.

Samux Şəhidləri Abidəsi

Samux Şəhidləri abidəsi- Azərbaycan uğrunda canından keçmiş bütün şəhidlərin xatirəsinnin daim anılması və sonsuz hörmət əlaməti olaraq 2003-cü ildə inşa edilmişdir.