Muzey

Samux rayon Heydər Əliyev Muzeyinin tikintisinə 2006-cı ildə başlanmış 2007-ci ilin yanvar ayında istifadəyə verilmişdir. Sahəsi 160kv metr olan muzey ekspozisiya və konfrans salonlarından, 3 xidməti otaqdan ibarət olmuşdur. Ekspozisiya salonunda Heydər Əliyevin büstü qoyulmuşdur. Burada ulu öndərin həyat və fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən fotoşəkillər öz əksini tapmışdır.

2008-ci ilin Mart ayının 3 də ölkə başçısı İlham Əliyev Samuxa səfəri çərçivəsində Heydər Əliyev Muzeyində olmuşdur.

Samux rayon Heydər Əliyev Mərkəzinin tikintisinə 2012-ci ildən başlanmış 2013-cü ilin Noyabr ayının 1-i tarixindən istifadəyə verilmişdir. Ümumi sahəsi 1400kv metrdir. İki mərtəbəlidir. Muzey Mərkəzin birinci mərtəbəsində yerləşir. Muzey ekspozisiya, sənədlər bölməsindən ibarətdir. Ekspozisiya bölməsində Natiq Əlyev tərəfindən hazırlanmış ulu öndər Heydər Əliyevin büstü, onun həyatının və çoxsahəli fəaliyyətinin bütün dövrlərini, uşaqlıq və gənclik, tələbəlik illəri, müxtəlif orqanlarda işlədiyi dövrlər, Sovetlər birliyi tərkibində olarkən belə doğma vətəni Azərbaycanın inkişafı üçün etdiyi fədakarlıqlar, xalqın təkidi ilə ölkə başçısı seçildiyi dövrdən müstəqillik dövrü Azərbaycanın sosial-iqtisadi inkişafını yüksəltmək, iqtisadi-siyasi baxımdan bölgənin ən güclü dövləti səviyyəsinə gətirmək üçün daxili və xarici siyasəti nümayiş etdirən eyni zamanda Ümummilli lider Heydər Əliyevin 1976, 1977, 1982-ci illərdə dövründə bölgəmizə etdiyi səfərləri əks etdirən fotolar da öz əksini tapıb.

Sənədlər bölməsində ulu öndərə məxsus 20 ədəd sənəd qorunaraq sərgilənir. Muzeyin əsəs fondunda Ulu Öndərin həyat və fəaliyyəti ilə, Prezident cənab İlham Əliyevin Samuxa səfərləri, Azərbaycanın tarixi ilə bağlı ümumilikdə 462-dən artıq eksponat vardır.

Həmçinin Prezident İlham Əliyevin bölgənin sosial-iqtisadi baxımdan inkişaf etməsi üçün göstərdiyi qayğı və səfərlərinin fotoları sərgilənir.

Ekspozisiya zalında yerdə quraşdırılmış xüsusi “Azərbaycanın dövlətçiliyi tarixi” adlı elektron xəritə nümayiş etdirilir. Burada ölkəmiz ərazisində məlum olan ilkin dövlət qurumlarından başlayaraq bu günümüzədək dövlətçilik tariximizin keçdiyi siyasi dövrlər haqqında məlumat verilir.