Kitabxana

Samux rayon Heydər Əliyev Mərkəzində Elektron Kitabxana komputer və ana dilimizdə və bir çox xarixi dillərdə yazılmış kitablarla təchiz edilmişdir. Burada ulu öndər Heydər Əliyev irsinin öyrənilməsi və təbliği, həmçinin şagirdlərin, gənclərin, tələbələrin, digər yaş qrupuna məxsus vətəndaşlarımızın istər elmi, istər bədii qiraətlə məşğul olması üçün hər şərait yaradılmışdır. Eyni zamanda xalqımızın tarixinin daha dərindən öyrənilməsi, ulu öndərin Azərbaycançılıq məfkurəsinin, vətənə xidmət, xalqına, dövlətinə, bayrağına, torpağına sonsuz sevginin aşılanması məqsədilə viktorinalar, mühazirələr, açıq dərslər təşkil edilir.