Samux rayon Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikası İqtisadiyyat nazirinin müavini cənab Sahib Məmmədovun başçılığı ilə İqtisadiyyat nazirliyinin sahibkarlığın inkişaf fondu "Sahibkarların maarifləndirilməsi və maliyyə resurslarına çıxış imkanlarının artırılması üzrə işgüzar forum" keçirildi.

Bu gün 08.10.2019-cu il tarixində Samux rayon Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikası İqtisadiyyat nazirinin müavini cənab Sahib Məmmədovun başçılığı ilə İqtisadiyyat nazirliyinin sahibkarlığın inkişaf fondu "Sahibkarların maarifləndirilməsi və maliyyə resurslarına çıxış imkanlarının artırılması üzrə işgüzar forum" keçirildi. Tədbiri giriş sözü ilə açan Samux rayon İcra Hakimiyyəti başçısı cənab Alı Qocayev qonaqları salamladı və ölkəmizin iqtisadi baxımdan, xüsusən bölgələrin müxtəlif sahələr üzrə sürətli inkişafında göstərilən dövlət qayğısından bəhs etdi. Daha sonra çıxış üçün söz cənab Sahib Məmmədova verildi. Sahib Məmmədovun mövzu ətrafında dəyərli fikirlərini səsləndirdi. Sonra sahibkarların qarşılaşdıqları problemlər dinlənildi onların həlli yolları araşdırıldı. Tədbirdən sonra nazirliyin əməkdaşları onlardan məsləhət və kömək gözləyən hər bir vətəndaşı tək-tək qəbul edərək üzləşdikləri problemləri aradan qaldırmağa çalışdılar.