Samux rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə "31dekabr Dünya Azərbaycanlılarının Həmrəylik günü" həmçinin qazanılmış Zəfər münasibətilə "Birliyimiz diriliyimizdir" mövzusunda regionlarda fəaliyyət göstərən Heydər Əliyev Mərkəzlərinin baş fond mühafizlərinin və elmi işçilərin iştirakı ilə onlayn konfrans keçirildi.

Samux rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə "31dekabr Dünya Azərbaycanlılarının Həmrəylik günü" həmçinin qazanılmış Zəfər münasibətilə "Birliyimiz diriliyimizdir" mövzusunda regionlarda fəaliyyət göstərən Heydər Əliyev Mərkəzlərinin baş fond mühafizlərinin və elmi işçilərin iştirakı ilə onlayn konfrans keçirildi.

Bu gün Samux rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə "31dekabr Dünya Azərbaycanlılarının Həmrəylik günü" həmçinin qazanılmış Zəfər münasibətilə "Birliyimiz diriliyimizdir" mövzusunda regionlarda fəaliyyət göstərən Heydər Əliyev Mərkəzlərinin baş fond mühafizlərinin və elmi işçilərin iştirakı ilə onlayn konfrans keçirildi. Konfransı giriş sözü ilə açan Samux rayon Heydər Əliyev Mərkəzinin fond mühafizi Qasımova Raziyə bütün tədbir iştirakçılarını salamladı hər kəsi qazanılmış Zəfərimiz münasibətilə təbrik etdi. Bu zəfəri qanları ilə yazmış şəhidlərimizə Allahdan rəhmət diləndi və bir dəqiqəlik sükutla yad edildi. Tədbirdə çıxış edən İbrahimova Aygün (Lənkəran Heydər Əliyev Mərkəzi), Tahirzadə Aynurə (Zaqatala Heydər Əliyev Mərkəzi), Əliyeva Dursun (Gəncə Heydər Əliyev Mərkəzi), Fəridə Yəhyayeva,Səkinə Qayıbova (Şirvan Heydər Əliyev Mərkəzi), Dunusova Arzu (Qax Heydər Əliyev Mərkəzi), Hüseynova Jalə (Balakən Heydər Əliyev Mərkəzi), Hüseynov Hüseyn (Yevlax Heydər Əliyev Mərkəzi), Mehtiyeva Leyla (Sabirabad Heydər Əliyev Mərkəzi) öz çıxışlarında xalqımızın birlyi sayəsində qazanılmış Zəfərdən, ulu öndər Heydər Əliyevin zamanında formalaşdırdığı güclü iqtisadiyyat sayəsində ordumuzun Qafqazın ən güclü ordusu olmasından bəhs etdilər. Həmçinin Ali baş komandan Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin yeritdiyi düzgün siyasətin nəticəsində ölkəmizin məğlub ölkədən qalib ölkəyə çevrilməsinin nə qədər qurur verici olmasından danışıldı. Tezliklə bütün tədbirlərimizin Qarabağda keçirilməsi arzulandı. Sonda hər bir şəhid anasının qarşısında baş əyərək əllərindən öpüldüyünü qeyd etdilər. Yaşanan hər Qələbə sevincinin hər anını onlara borclu olduğumuzu bildirdilər. Bu il Həmrəylik günü sözün əsl mənasında özünü doğrultdu. Çünki ll Qarabağ savaşı zamanı yalnız ölkəmizdə deyil ölkəmizdən kənarda yaşayan soydaşlarımız da əllərindən gələni əsirgəmədiklərini birləşərək düşmənə qarşı "dəmir yumruq" olmağı bacardığımız diqqətə çatdırdı.