Samux rayon Heydər Əliyev Mərkəzi Azərbaycan Gənclərinin IX Forumunun Gəncə-Qazax zona toplantısinda iştirak etdiGəncə-Qazax zonası üzrə Gəncə şəhərində keçirilmiş zona toplantısında Gənclər və İdman Nazirinin müavini İntiqam Babayev, Azərbaycan Gənclər Fondunun icraçı direktorunun müavini Orxan Ərəbov və Millət Vəkilləri Naqif Həmzəyev və Müşfiq Cəfərov iştirak ediblər.

10 dekabr 2020- çi il tarixində Samux rayon Heydər Əliyev Mərkəzi Azərbaycan Gənclərinin IX Forumunun Gəncə-Qazax zona toplantısinda iştirak etdiGəncə-Qazax zonası üzrə Gəncə şəhərində keçirilmiş zona toplantısında Gənclər və İdman Nazirinin müavini İntiqam Babayev, Azərbaycan Gənclər Fondunun icraçı direktorunun müavini Orxan Ərəbov və Millət Vəkilləri Naqif Həmzəyev və Müşfiq Cəfərov iştirak ediblər.

300 nəfərdən çox gəncin iştirakı ilə keçirilmiş zona toplantısını Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Həmid Nəsirov açaraq Azərbaycanın yeni tarixinin yaradıcısı, Gənclərin vətənpərvərlik tərbiyəsində yeni mərhələ olduğunu qeyd edib. Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni ilə toplantı açıq elan edilib sonra şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Gəncə şəhərindən olan gənc alim Elnur Həsənov, Samux rayonundan olan tələbə Aygün Cabbarova, Göygöl rayonundan olan gənc Şəhriyar İsmayılov, Tovuz rayonundan olan gənc Nərgiz Sabirli, Daşkəsən rayoundan olan gənc Nigar Məmmədzadə, Mingəçevir şəhərindən olan gənc Samrin Xanlayev, Gədəbəy rayonundan olan gənc Pərviz Bayramov, Qazax Rayonundan olan gənc Ülvi Zeynalov, Yevlax şəhərindən olan gənc Fərid Vaqifli, Şəmkir rayonundan olan gənc Elvira Allahverdiyeva, Ağstafa rayonndan olan gənc Ləman Cəlilova çıxış ediblər. “Biz birlikdə güclüyük” “Gənclərin sağlamlığı – xalqın sağlamlığıdır” mövzularında çıxışlar dinlənilib.

Rəsmi qonaqlar Zona toplantısında çıxış edərək ölkəmizdə gənclərlə bağlı dövlət siyasətinin əsas istiqamətlərindən, Azərbaycan gənclərinin cəmiyyətin inkişafındakı rolundan danışıblar. Çıxışlardan sonra toplantıda iştirakçılarının sualları cavablandırıldı və ətraflı fikir mübadiləsi aparıldı.

Zona toplantısında Gəncə-Qazax zonası üzrə Azərbaycan Gənclərinin IX Forumuna 157 nümayəndə seçilib. Sonra Toplantı Zona Toplantısının Qətnaməsinin qəbulu ilə başa çatdı.

Qeyd edək ki, Azərbaycan Gənclərinin IX Forumunun Gəncə-Qazax zonası toplantısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 15 sentyabr 2017-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının 5.7.1.-ci yarımbəndinin icrasının təmin edilməsi məqsədi ilə keçirilir.