Samux rayon Heydər Əliyev Mərkəzinin təşəbbüsü və təşkilatçılığı, Göygöl, Saatlı, Şəmkir, Ağdam,Fizuli, Neftçala Heydər Əliyev Mərkəzlərinin həmçinin Gənclər İnkişaf Kariyera Mərkəzinin Samux nümayəndəliyinin, Samux rayon Gənclər İdman İdarəsi, Samux rayon Mədəniyyət Mərkəzi, Azərbaycan Qarabağ Müharibəsi əlilləri Veteranları və şəhid ailələri ictimai birliyinin Samux nümayəndəliyinin dəstəyi ilə "Vətən hər kəsin" adlı videokonfrans təşkil edildi.

Samux rayon Heydər Əliyev Mərkəzinin təşəbbüsü və təşkilatçılığı, Göygöl, Saatlı, Şəmkir, Ağdam,Fizuli, Neftçala Heydər Əliyev Mərkəzlərinin həmçinin Gənclər İnkişaf Kariyera Mərkəzinin Samux nümayəndəliyinin, Samux rayon Gənclər İdman İdarəsi, Samux rayon Mədəniyyət Mərkəzi, Azərbaycan Qarabağ Müharibəsi əlilləri Veteranları və şəhid ailələri ictimai birliyinin Samux nümayəndəliyinin dəstəyi ilə "Vətən hər kəsin" adlı videokonfrans təşkil edildi.

Bu gün 11.09.2020-ci il tarixində Samux rayon Heydər Əliyev Mərkəzinin təşəbbüsü və təşkilatçılığı, Göygöl, Saatlı, Şəmkir, Ağdam,Fizuli, Neftçala Heydər Əliyev Mərkəzlərinin həmçinin Gənclər İnkişaf Kariyera Mərkəzinin Samux nümayəndəliyinin, Samux rayon Gənclər İdman İdarəsi, Samux rayon Mədəniyyət Mərkəzi, Azərbaycan Qarabağ Müharibəsi əlilləri Veteranları və şəhid ailələri ictimai birliyinin Samux nümayəndəliyinin dəstəyi ilə "Vətən hər kəsin" adlı videokonfrans təşkil edildi. Tədbiri giriş sözü ilə açan Samux rayon Heydər Əliyev Mərkəzinin direktoru Nuranə Həsənova öz çıxışında bütün konfrans iştirakçılarıni salamladı. Qazilərin cəmiyyətimizin ən həssas təbəqəsi olmasını, öz sağlamlıqlarını heç düşünmədən Vətən uğrunda fəda etdiklərini vurğuladı və bu günkü tədbirin baş tutmasında göstərdikləri dəstəyə görə hər kəsə minnətdarlığını bildirdi. Sözü Azərbaycan Qarabağ Müharibəsi əlilləri Veteranları və şəhid ailələri ictimai birliyinin Samux nümayəndəliyinin direktoru qai Mirzəmməd Orucov, qazi Natiq Mehtiyev, (Qazax), Abbasov Araz, Orucov Emin (Göygöl), Nurəhməd Vəliyev (Fizuli), hərbçi Əmirov Mirheybət (Neftçala) öz çıxışlarında keçdikləri çətin döyüş vəziyyətindən, ordumuzun artıq o dövrkü zamandan fərqli olaraq bu gün ordumuzun çox güclü olmasından, bütün qazilərin Qarabağ savaşina bu gün də hazir olduqlarından, dövlətin göstərdikləri qayğıdan danışdılar. Həmçinin Gənclər İdman İdarəsinin rəisi Rəşad Qarayev, Samux Mədəniyyət Mərkəzinin direktoru Şəlalə Tağıyeva, Sərkar kənd tam orta məktəbin tarix müəllimi Günel Əhmədova, Tatlı kənd orta məktəbin müəllimi Vüsalə Məmmədova öz çıxışlarında Vətən uğrunda canlarından keçmiş şəhidlərimizdən, qazilərimizdən ətraflı danışdılar. Həmçinin Neftçala Heydər Əliyev Mərkəzinin direktoru Könül Məmmədova, Ağdam Heydər Əliyev Mərkəzinin direktoru Namiq Həsənov, Şəmkir Heydər Əliyev Mərkəzinin direktoru Maisə Məmmədova, Saatlı Heydər Əliyev Mərkəzinin direktoru Telman Ağayev mövzu ətrafında çıxışlarını davam etdirdilər.Samux rayon Sərkar kənd tam orta məktəbin şagirdi Tahirə Hüseynova Azərbaycanın milli qəhrəmanı qürur mənbəyimiz Mübariz İbrahimovun qəhrəmanlığından çıxış etdi. Sonda tezliklə bütün qazilərimizlə Qarabağın işğal edilmiş bölgələrində görüşmək ümidində olduğunu bildirdilər.