Samux rayon Heydər Əliyev Mərkəzinin direktoru Nuranə Həsənova YAP Samux rayon təşkilatı Gənclər Birliyinin üzvləri ilə Millət Vəkili Nizami Səfərovun vebinar görüşündə iştirak etdi.

Samux rayon Heydər Əliyev Mərkəzinin direktoru Nuranə Həsənova YAP Samux rayon təşkilatı Gənclər Birliyinin üzvləri ilə Millət Vəkili Nizami Səfərovun vebinar görüşündə iştirak etdi.


Samux rayon Heydər Əliyev Mərkəzinin direktoru Nuranə Həsənova YAP Samux rayon təşkilatı Gənclər Birliyinin üzvləri ilə Millət Vəkili Nizami Səfərovun vebinar görüşündə iştirak etdi.
10 sentyabr 2020-ci il tarixdə Yeni Azərbaycan Partiyası Samux rayon təşkilatı Gənclər Birliyinin təşəbbüsü ilə Samux rayonundan Milli Məclisin deputatı Nizami Səfərovun rayonun fəal gənclər ilə görüşü keçiridi. Videokonfrans formatında baş tutan görüşdə YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov və rayon Gənclər Birliyinin üzvləri iştirak etdilər. Görüşdə ölkəmizdə pandemiyaya qarşı aparılan effektiv mübarizədən və cəbhənin Tovuz rayonu istiqamətində düşmən təxribatından bəhs edildi.
Çıxışa başlayan Milli Məclisin deputatı Nizami Səfərov əvvəlcə gənclərə öz tövsiyyələrinin çatdıraraq dedi ki, peşəsindən, vəzifəsindən, statusundan və tutduğu mövqedən asılı olmayaraq hər bir şəxs öz vətəndağlıq borcunu layiqincə yerinə yetirməlidir. Gənclər çalışdıqları hər bir sahədə xalqa, dövlətə ləyaqətlə xidmət etməlidirlər. Sonra pandemiyaya qarşı aparılan effektiv mübarizədən bəhs edən Millət Vəkili vurğuladı ki, Prezident İlham Əliyevin düzgün və vaxtında atdığı ciddi addımlar sayəsində yeni növ karanavirus (COVİD 19) infeksiyasının öıkəmizdə geniş yayılmasının qarşısı alınıb, uğurlu nəticələr əldə olunub.
Daha sonra Tovuz rayonu istiqamətində düşmən hücumunun qarşısının layiqincə alındığını da diqqətə çatdıran N. Səfərov qeyd etdi ki, həmin vaxt on minlərlə vətənpərvər gəncin öz torpaqları uğrunda döyüşmək üçün hazır olduqlarını bildirməsi təqdirəlayiq haldır.
Görüşdə iştirak edən YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov qeyd etdi ki, gənclərimizin meydanlara axışaraq Ali Baş Komandana, Azərbaycan Ordusuna dəstəyini ifadə etməsi düşməndə böyük vahimə yaradıb. Prezident İlham Əliyevin uğurlu daxili və xarici siyasəti, qətiyyəti ilə torpaqlarımız tezliklə düşmən işğalından azad olunacaq və məcburi köçkün həyatı keçirən soydaşlarımız öz doğma yurd-yuvalarına qayıdacaqlar.
Görüşdə gənclər də mövzu ətrafında öz fikirlərini bildirdilər. Samux rayon Heydər Əliyev Mərkəzinin direktoru Nuranə Həsənova öz çıxışında Milli Məclisin deputatı Nizami Səfərovu salamladı və gənclərə verdiyi dəstək üçün minnətdarlığını bildirdi. daha sonra diskussiya şəklində davam edən mövzu ətrafında Samuxda turizm infrastukturunun yaradılması, potensialı və mümkün yolları haqqında təkliflərini və fikirlərini səsləndirdi.
YAP Samux rayon təşkilatının Gənclər Birliyinin üzvləri vurğuladılar ki, bundan sonra da Ulu Öndər Heydər Əliyevin ideyalarına sadiq qalaraq dövlət başçısı İlham Əliyevin siyasi xəttini dəstəkləyəcək, dövlətçiliyə və xalqa ləyaqətlə xidmət edəcəklər.