Samux rayon Heydər Əliyev Mərkəzinin direktoru Nuranə Həsənova Ağdaş Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Zərdab rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə keçirilən "BİR EKSPONATIN TARİXÇƏSİ" adlı online tədbirində iştirak etdi

Samux rayon Heydər Əliyev Mərkəzinin direktoru Nuranə Həsənova Ağdaş Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Zərdab rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə keçirilən "BİR EKSPONATIN TARİXÇƏSİ" adlı online tədbirində iştirak etdi


09/09/2020 Samux rayon Heydər Əliyev Mərkəzinin direktoru Nuranə Həsənova Ağdaş Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Zərdab rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə keçirilən "BİR EKSPONATIN TARİXÇƏSİ" adlı online tədbirində iştirak etdi.
Hələ sağlığında canlı əfsanəyə çevrilən,öz xalqının tarixi taleyində müstəsna rol oynayan Heydər Əliyevin irsi onun idarəçilik məktəbi bu gündə öyrənilir,zəngin təcrübəsindən hamı bəhrələnir.Bu işdə Heydər Əliyev Mərkəzlərinin mühüm rolu var.
Respublikamızda fəaliyyət göstərən Heydər Əliyev Mərkəzlərində görkəmli dövlət xadiminin həyatı və fəaliyyəti ilə bağlı eksponatlar ehtiramla qorunur,tədqiq və təbliğ edilir.Onun zəngin irsi və dövlətçilik təcrübəsinin öyrənilməsi gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsində müstəsna rol oynayır.
09/09/2020 -ci il tarixdə Ağdaş Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Zərdab rayon Heydər Əliyev Mərkəzinin "BİR EKSPONATIN TARİXÇƏSİ"mövzusunda ZOOM praqramı vasitəsilə keçirilən onlayn tədbirdə Zərdab rayon Heydər Əliyev Mərkəzinin direktoru Könül Rəhimova xalqımızın Ümummilli lideri Heydər Əliyevin keçən əsrin 70-80-ci illərində qədim Şamaxıya tarixi səfərlərindən ətraflı söhbət açmışdır.Həmin səfərləri əks etdirən nadir fotoşəkillərin nümayişi onlayn tədbiri daha da zənginləşdirmiş ,onun əhəmiyyətini artırmışdır.
Onlayn tədbirdə İsmayıllı Regional Mədəniyyət İdarəsi Şamaxı rayon Heydər Əliyev Mərkəzinin direktoru Könül Eyvazovanın Ümumilli lider Heydər Əliyevin Şamaxı rayonuna tarixi səfərləri haqqında ətraflı məlumat vermiş,ulu öndər Heydər Əliyevin üzumçülük və şərabçılıq sahəsində gördüyü mühüm işlərdən bəhs etmiş,onum təşəbbüsü və rəhbərliyi sayəsində Azərbaycanda üzümçülüyün sürətlə inkişaf etdiyini vurğulamışdır.
Şamaxı rayon Heydər Əliyev Mərkəzlərinin Əməkdaşları keçmiş Lenin adına sovxozda partiya təşkilatının sədri olmuş,vaxtilə Heydər Əliyevdən 5 dəfə görüşmüş Rəfiqə Səmədovadan görüşdən məlumat vermiş,görüş zamanı Rəfiqə xanımın Heydər Əliyevlə bağlı xatirələrindən danışmış, Rəfiqə xanımın Mərkəzin fonduna dəyərli eksponatlar təqdim etdiyini onlayn tədbir iştirakçılarının diqqətinə çatdırmışdır.
Zərdab və Şamaxı rayon Heydər Əliyev Mərkəzinin ekspozisiyasında nümayiş olunan foto-eksponatlar haqqında ətraflı məlumat verilərək,Ümummilli liderimizin həyat və fəaliyyət fəlsəfəsinin,elmi-nəzəri irsinin,Azərbaycançılıq ideologiyasının öyrənilməsi,təbliği və gələcək nəsillərə çatdırılması kimi şərəfli missiyanı layiqincə yerinə yetirilməsi baxımında ekspozisiyada nümayiş olunan eksponatların nümayişi və təbliği bu gündə uğurla davam etdirildiyi xüsusi olaraq qeyd edildi.
Onlayn tədbirdə Zərdab və Şamaxı Heydər Əliyev Mərkəzlərinin əməkdaşları,eləcə də Samux, Qazax, Salyan, Oğuz, Qəbələ, Neftçala Heydər Əliyev Mərkəzlərinin direktorları iştirak etdilər.