30 iyul 2020-ci il tarixində Samux rayon Heydər Əliyev Mərkəzinin təşəbbüs və təşkilatçılığı ilə regionlarda fəaliyyət göstərən Heydər Əliyev Mərkəzlərinin direktorları və elmi işçiləri ilə birlikdə 1 avqust "Ana dili günü" ilə əlaqədar olaraq "Heydər Əliyev və ana dilimiz " mövzusunda online tədbir keçirildi.

30 iyul 2020-ci il tarixində Samux rayon Heydər Əliyev Mərkəzinin təşəbbüs və təşkilatçılığı ilə regionlarda fəaliyyət göstərən

Abşeron, Gəncə, Astara, Sabirabad, Daşkəsən, Xaçmaz, Ağdam, Lənkəran, Yardımlı, Şəki, Qusar, Qax, Şəmkir, Zərdab, Şabran, Sumqayıt, Siyəzən, Lerik, Salyan, Tərtər, Kürdəmir, Xızı, Ucar, Bərdə, Göyçay, Oğuz, Neftçala, Zaqatala, Qəbələ, Yevlax, Mingəçevir, Şamaxı, Saatlı, Biləsuvar, Ağdaş, Masallı, Tovuz, Ağstafa, Göygöl Heydər Əliyev Mərkəzlərinin direktorlarının və elmi işçilərinin birgə iştirakı ilə videokonfrans təşkil edildi.

Konfransı giriş sözü ilə açan Samux rayon Heydər Əliyev Mərkəzinin direktoru Nuranə Həsənova bütün tədbir iştirakçılarını salamladı və 12 iyul Tovuz istiqamətində düşmən təxribatının qarşısı alınarkən şəhid olan hərbçilərimiz xatirəsi dərin hörmətlə bir dəqiqəlik sükutla yad edildi. Daha sonra çıxışını davam etdirən Samux rayon Heydər Əliyev Mərkəzinin direktoru hər bir iştirakçını "Qurban bayramı" və Ana dili günü" münasibətilə təbrik etdi və gələn il qurbanlarımızın Qarabağımızda kəsilməsini arzuladı. Ulu öndər Heydər Əliyevin dilimizin qorumasında göstərdiyi fədakarlıqlardan, atılan qəti addımlardan bəhs etdi. Çıxışları davam etdirən Astara Heydər Əliyev Mərkəzinin direktoru Kübra Səmədova, Xaçmaz Heydər Əliyev Mərkəzinin direktoru Könül Əsgərova, Daşkəsən Heydər Əliyev Mərkəzinin direktoru Nailə Məmmədova, Neftçala Heydər Əliyev Mərkəzinin direktoru Könül Məmmədova, Şəmkir Heydər Əliyev Mərkəzinin direktoru Maisə Məmmədova, Tovuz Heydər Əliyev Mərkəzinin Humay Aslanova öz məruzələrində ulu öndər Heydər Əliyevin Azərbaycan dilinin qorunmasında hələ sovetlər dövründən göstərdiyi misilsiz xidmətlərindən həmçinin Abşeron Heydər Əliyev Mərkəzinin direktoru Tükəzban Həsənova Azərbaycan dilinin zənginliyindən, türkçə danışan xalqlar içərisində Azərbaycan türkcəsinin xüsusi mövqeyindən və bu dildə danışmağın şərəf olmasından, Zərdab Heydər Əliyev Mərkəzinin direktoru Könül Rəhimova ümummilli lider Heydər Əliyevin tariximizdə xüsusən dil sahəsində oynadığı mühüm roldan, Qusar Heydər Əliyev Mərkəzinin direktoru Neva Abdurrəhmanova öz çıxışında ölkəmizdə yaşayan milli azlıqlara ulu öndər Heydər Əliyev tərəfindən atılan humanist adıımlardan biri kimi verilmiş dil, mədəniyyət azadlığından,və ölkəmizin bu baxımdan rəngarəng naxışlı xalçaya bənzədiyini multikultral dəyərlərin ölkəmizdə bu gündə davam etdirildiyini, Lerik Heydər Əliyev Mərkəzinin direktoru Hüsaməddin Abbasov ulu öndərin tariximizdə çox şaxəli fəaliyyətindən və həmçinin dilimizin dünya səviyyəsinə qaldırılmasındakı rolundan geniş şəkildə məruzələr edildi.

Elmi işçilərlə birgə təşkil edilən videokonfransda Samux rayon Heydər Əliyev Mərkəzinin elmi işçisi Əliyeva Güləbətin öz çıxışını ulu öndərin dilimiz haqqında dediyi "Hər bir xalqın milliliyini, mənəvi dəyərlərini yaşadan, inkişaf etdirən onun dilidir " kəlamıyla başlayaraq, ana dilinin qorunmasında Zaqatala Heydər Əliyev Mərkəzinin elmi işçisi Fatma Fərhadlı, Şirvan Heydər Əliyev Mərkəzinin elmi işçisi Qasımova Gültəkin, Salyan Heydər Əliyev Mərkəzinin elmi işçisi Təhminə Kərimova, Qax Heydər Əliyev Mərkəzinin elmi işçisi Sayadlı Aygün, Xaçmaz Heydər Əliyev Mərkəzinin elmi işçisi Buliyeva Samirə, Lənkəran Heydər Əliyev Mərkəzinin elmi işçisi İbrahimova Aygün, Şəki Heydər Əliyev Mərkəzinin elmi işçisi Cəfərova zeynəb, Tərtər Heydər Əliyev Mərkəzinin elmi işçisi Əlizadə Jalə, Sabirabad Heydər Əliyev Mərkəzinin elmi işçisi Mehtiyeva Leyla, Qəbələ Heydər Əliyev Mərkəzinin elmi işçisi Aygün Məmmədova, Şəmkir Heydər Əliyev Mərkəzinin elmi işçisi Günel Rzayeva ayrı-ayrılıqda öz məruzələrində ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəldiyi ilk gündən etibarən istənilən halda Ana dilimizin qorunması üçün bütün mümkün imkanlardan hətta dövrünün"imkansızı"adlandırılanları zamanında və doğru istifadə edərək öz xalqının xeyrinə həll etməyi bacaran dahi şəxsiyyət olmasından bəhs etdilər.

Tədbirin sonunda Samux rayon Heydər Əliyev Mərkəzinin direktoru Nuranə Həsənova gələn il bu vaxtı ana dili günümüzü Xocalı, Laçın, Şuşa, Zəngilan, Xankəndi və işğal olunmuş digər rayonlarımızın Heydər Əliyev Mərkəzlərinin aramıza qatılaraq birlikdə qeyd etməyi arzuladı.