Dərnəklər

Müxtəlif təyinatlı otaqlarda məktəblilərin, gənclərin, tələbələrin həmçinin digər yaş təbəqəsindən olan bütün vətəndaşlarımıza bilik, bacarıq və digər cəhətlərini inkişaf etdirə bilmələri üçün Mərkəz tərəfindən təşkil edilmiş müxtəlif sərgilərdən, intellektual oyunlardan, müsabiqələrdən, tədbirlərdən, yarışmalardan yararlanmaları üçün əlverişli mühit təşkil edilmişdir. Bu sıraya Mərkəzdə yaradılmış Samux rayon musiqi məktəblərinin (muğam, vokal, xor) və Samux rayon Uşaq-Gənclər İnkişaf Mərkəzi (bacarıqlı əllər və rəsm ) dərnəklərini də aid etmək olar. Bu dərnəklərdə yetişdirilən uşaqlar Mərkəzimizdə, rayonumuzda və ölkəmizin bir çox yerlərində təşkil edilən musiqili proqramlarda, rəsm və bacarıqlı əllər sərgilərində yüksək səviyyəli çıxışlar nümayiş etdirirlər. Həmçinin burada ingilis dili dərnəyi də fəalliyyət göstərir ki, istənilən yaşa aid vətəndaşımız sərbəst ingiliscə öyrənmək şansı əldə edir.

Vokal dərnəyi- 2019-cu ilin fevral ayından başlayaraq Samux rayon Heydər Əliyev Mərkəzinin Samux şəhər Uşaq Musiqi Məktəbi ilə yaratdığı əməkdaşlığın nəticəsi olaraq burada vokal dərnəyi fəaliyyət göstərir. Vokal sənətinə marağı və qabiliyyəti olan uşaqlar dərsdən sonra bu istiqamətdə bacarıqlarını inkişaf etdirirlər. Dərslər həftədə iki dəfə aparılır.

Xor dərnəyi- Xor dərnəyinin fəaliyyətə başlama tarixi Vokal və muğam dərnəkləri ilə eynidir. Samux rayon Heydər Əliyev Mərkəzi ilə Samux rayon Sərkar kənd Uşaq Musiqi Məktəbinin əməkdaşlığı ilə Mərkəzdə xor dərnəyi 2019-cu ilin fevral ayında fəaliyyətə başlamışdır. Burada uşaqlar özlərinin səs bacarıqlarını daha da təkmilləşdirirlər. Dərslər həftədə iki dəfə keçirilir.

Muğam dərnəyi- Mərkəzimizdə fəaliyyət göstərən dərnəklərdən biri də muğam dərnəyidir. Muğam dərnəyi Mərkəzimizlə Samux rayon Qarayeri qəsəbə Uşaq Musiqi Məktəbinin birgə əməkdaşlığı ilə 2019-cu ilin fevral ayından fəaliyyət göstərir. Burada müxtəlif yaş qruplu məktəblilər milli sərvətimiz olan muğamın sirlərinə yiyələnirlər. Dərnək həftədə iki dəfə fəaliyyət göstərir.

Bacarıqlı əllər-Samux rayon Heydər Əliyev Mərkəzində, Mərkəzimizin Samux rayon Uşaq Gənclər İnkişaf Mərkəzi ilə birgə əməkdaşlığı nəticəsində 2019-cu ilin fevral ayından bacarıqlı əllər dərnəyi fəaliyyət göstərir ki, uşaqlar burada öz bacarıqlarını inkişaf etdirirlər. Dərslər həftədə iki dəfə keçirilir.

Rəsm dərnəyi- Samux rayon Heydər Əliyev Mərkəzində, Mərkəzimizin Samux rayon Uşaq Gənclər İnkişaf Mərkəzi ilə birgə əməkdaşlığı nəticəsində 2019-cu ilin fevral ayından rəsm dərnəyi fəaliyyət göstərir ki, uşaqlar burada dərsdən sonra öz asudə vaxtlarını səmərəli keçirməklə yanaşı həm də rənglərin sirlərini öyrənirlər. Dərslər həftədə iki dəfə keçirilir.

İngilis dili dərnəyi- Mərkəzimizdə fəaliyyət göstərən dərnəklərdən birisidir. Samux rayon Heydər Əliyev Mərkəzinin Samux rayon İnstitut qəsəbə tam orta məktəbi ilə əməkdaşlığı nəticəsində yaranmış dərnək sərbəst ingilis dilində danışmaq imkanı yaradır. Dərnək fəaliyyətə başladığı gündən müxtəlif məktəblərin ingilis dili müəllimləri və şagirdlərini də öz ətrafına cəlb etməklə burada təcrübə mübadiləsi edilir, həmçinin milli və dünya ədəbiyyatı incilərindən səhnələr oynayırlar. Dərnək həftədə 1 dəfə fəaliyyət göstərir.