Mərkəzin binası

Mərkəzin binası

Ümummilli lider Heydər Əliyevin ölkəmizin inkişafı üçün etdiyi misilsiz xidmətlərin və onun ictimai-siyasi irsinin təbliği və tədqiqi, bu zəngin irsin gələcək nəsillərə ötürülməsi üçün Azərbaycan Respublikası Prezidentinin 29 dekabr 2006-cı ildə respublikanın bölgələrində Heydər Əliyev Muzeyləri yaradılması ilə əlaqədar Sərəncam (1886 nömrəli) imzalaması nəticəsində bölgələrdə Heydər Əliyev Muzeyləri yaradıldı.

2006-cı ildə Samux rayonunda sadalanan missiyanın layiqincə yetirilməsi məqsədilə Samux Heydər Əliyev Muzeyinin tikintisinə başlanmış və 2007-ci ilin 16 yanvarında istifadəyə verilmişdir. Sahəsi 160kv metr olan muzey ekspozisiya və konfrans salonlarından, 3 xidməti otaqdan ibarət olmuşdur. Ekspozisiya salonunda Heydər Əliyevin büstü qoyulmuşdur. Burada ulu öndərin həyat və fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən fotoşəkillər öz əksini tapmışdır.

Sonrakı illərdə Respublikamızda Heydər Əliyev Muzeylərinin Ulu Öndərin həyatı və ictimai-siyasi fəaliyyətinin tədqiqi və təbliği sahəsindəki xidmətləri, fəaliyyət dairələrinin geniş və çoxşaxəli olması nəzərə alınaraq bu tip muzeylər Mərkəzlərə çevrilmişdir. Bu məqsədlə 6 hektar ərazidə salınmış Heydər Parkının içərisində 2012-ci ildə Samux rayon Heydər Əliyev Mərkəzinin binasının inşasına başlanılmış 2013-cü ilin 16 yanvar tarixindən istifadəyə verilmişdir.

Bina iki mərtəbədən ibarətdir. Sahəsi 1400 m² - dir.

"Heydər Parkı" içərisində yerləşən Samux rayon Heydər Əliyev Mərkəzinin birinci mərtəbəsi vestibül, 1 büstdən 71 fotoşəkildən və sənədlərdən, yerdə quraşdırılmış xəritədən ibarət ekspozisiya sərgi zalı, direktor otağı, məlumat vermək üçün informasiya otağı, rəsm studiyası, qalereya, xarici dil öyrənmə otağı, qarderob və sanitar qovşaqdan ibarətdir. İkinci mərtəbədə foye, lazımi avadanlıqlarla təchiz olunmuş 200 nəfərlik konfrans zalı, rəqs studiyası, fotostudiya, elektron kitabxana, internet zalı, 2 virtual otaq, həmçinin 3D formatında hazırlanan filmlərin nümayişi üçün avadanlıqlarla təchiz olunmuş 45 nəfərlik kinozal və sanitar qovşaq yerləşir.

Akt zalı-200 yerlikdir. Mədəni-kütləvi tədbirlərin keçirilməsi üçün məqsədəuyğundur.

3D kinozal- 45 yerlik kinozal 3D formatında hazırlanan filmlərin nümayişi üçün avadanlıqlarla təchiz olunmuşdur.

Elekrton kitabxana- Azərbaycan və müxtəlif xarici dillərdə nəşr olunmuş kitablarla və komputerlərlə təchiz olunmuşdur.

Xarici dil öyrənmə otağı

Virtual sinif 1

Virtual sinif 2

Foye (ikinci mərtəbə)

Rəsm studiyası

Qalereya- rəsm və müxtəlif əl işlərinin sərgilənməsi üçün nəzərdə tutulub

Ekspozisiya zalı- burada ulu öndər Heydər Əliyevin həyatının bütün mərhələlərini əks etdirən foto şəkillər, 20 ədəd sənəd və elektron xəritə sərgilənir

İnformasiya otağı

Rəqs studiyası

Müdir otağı

Foto studiya