Salyan Qadın Resurs Mərkəzi

Salyan Qadın Resurs Mərkəzi (QRM) 2016-ci ildə “Kənd və rayon qadınları və gənclərinin iqtisadi və sosial həyatda iştirakının təşviqi” layihəsi çərçivəsində yaradılmışdır. Layihə BMT İnkişaf Proqramı ilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən birgə həyata keçirilir. Layihənin Salyan rayonundakı komponenti Coca-Cola Fondu tərəfindən maliyyələşir. Layihənin əsas məqsədi kənd və rayon yerlərində yaşayan qadınların iqtisadi və sosial həyatda fəal iştirakı üçün fürsətlərin yaradılmasıdır. 2018-ci ildə Salyan QRM “Salyanda qadınların sosial inkişafına dəstək” İctimai Birliyi kimi dövlət qeydiyyatına alınmışdır. Salyan QRM strukturu: Sədr, İdarə Heyəti, 200 nəfərə yaxın üzv-qadın.

“Regional İnkişaf” İctimai Birliyinin (RİİB) ARAN-1 Regional Mərkəzi haqqında məlumat

“Regional İnkişaf” İctimai Birliyi (RİİB) Heydər Əliyev Fondunun təşəbbüsü ilə 12 fevral 2016-cı il tarixdə təsis olunmuşdur. Aran-1 Regional Mərkəzi 21 aprel 2016-cı il tarixində yaradılıb. 19 oktyabr 2016-ci ildən isə faliyyətə başlamışdır. Regional Mərkəz Salyan Rayon Heydər Əliyev Mərkəzində faliyyət göstərir. Regional Mərkəzə 6 rayon rayon və 1 şəhər daxildir: Salyan, Biləsuvar, Neftçala,Saatlı, Sabirabad, Hacıqabul rayonları və Şirvan şəhəri. Regional Mərkəzdə hal-hazırda iki nümayəndə fəaliyyət göstərir.