Yaxın mədəniyyət müəssisələri

Cümə məscidi Cümə məscidi 1865-ci ildə Usta Kərbəlayı Hacı Mehdinin oğlu Ağa Hüseynin şərəfinə inşa edilib. Sovetlər dövründə repressiya qurbanı olan (yol çəkilişi adı altında abidənin bir hissəsi dağıdılıb, anbar, qalereya və müxtəlif məqsədlərlə istifadə olunub) məscidə əvvəlki statusu respublikamız müstəqillik qazandıqdan sonra qaytarılıb. 2002-ci ildə Kür çayında baş verən daşqından sonra tarixi abidə qəza vəziyyətinə düşmüş və 9 günbəzi dağılmışdı. 2011-ci ildə məscid dövlət vəsaiti hesabına əvvəlki görkəmi saxlanılmaqla əsaslı təmir olundu. Məscid Salyan şəhər H. Əliyev küçəsində yerləşir.