Heydər Əliyev və Salyan

Heydər Əliyev və Salyan

"MƏNİ SALYANLILARLA ÇOX SƏMİMİ VƏ DUYGULU TELLƏR BİRLƏŞDİRİR" - HEYDƏR ƏLİYEV

Salyan hələ Ulu öndərimizin hakimiyyəti illərindən bu günə kimi daima diqqət mərkəzində olan rayonlardan biri olmuşdur. Heydər Əliyev 34 illik hakimiyyəti dövründə Salyan rayonuna 5 dəfə rəsmi şəkildə səfər etmişdir (1969,1972,1977,1981,1998). 1969-cu ilin avqust ayında rayonun Qaraçala qəsəbəsindəki 1 nömrəli pambıqçılıq sovxozunda olmuş və rayon partiya komitəsində partiya təsərrüfat fəalları ilə görüşmüşdür.1972-ci ildə rayonun Q.Səmədov adına kolxozunda, Plastik Kütlə Emalı zavodunda olmuşdur. 1977-ci ilin iyul ayında rayonun “Yeni Muğan”, “Oktyabr”, “Bəşirabad” kolxozlarında və Təsərrüfatlararası mal-qara kökəltmə birliyində olmuş, partiya-təsərrüfat fəalları ilə görüşülmüşdür. Bəşirabad kolxozunda olarkən Heydər Əliyev Ağacan Əliyevin briqadasında əkin sahələrinin becərilməsindən razı qalaraq demişdir: -Yüksək məhsul yetişdirdiyiniz üçün çox sağolun. Əgər axıracan belə işləsəniz, sovkaya və ziyanvericilərə qarşı mübarizəni davam etdirsəniz, hər hektardan nəinki 40 sentenere hətta 45-50 sentenere söz yoxdur.

1981 -ci ildə yenidə Salyana səfər edən ulu öndər Heydər Əliyev rayonun Kürqaraqaşlı kəndində "Oktyabr kolxozunda olmuş ,partiya - təsərrüfat fəalları ilə görüşmüşdür.

Müstəqilliyimizin bərpasından sonra, xüsusilədə 1993-cü ildən bütün rayonlarda olduğu kimi Salyandada butun sahələrdə inkişaf nəzərə çarpmışdır.1998-ci il oktyabrın 1-də seçki qabağı təbliğat kampaniyasını məhz Salyan rayonundan başlayan Heydər Əliyev rayon camaatının ona olan dərin inamının və məhəbbətinin bir daha şahidi olmuşdur. Salyan, Hacıqabul, Şirvan, Neftçala şəhərinin seçiciləri ilə də Salyan rayonunda görüşmüdür.