Dərnəklər

Salyan Rayon Heydər Əliyev Mərkəzində gənc nəslin intellektual səviyyəsinin yüksəldilməsi ,milli-mənəvi dəyərlərimizin inkişafı üçün bir sıra dərnəklər fəaliyyət göstərir.Bu baxımdan Azərbaycan gəncinin elmi, ictimai,siyasi dünyagörüşünün formalaşması istiqamətində Heydər Əliyev Mərkəzlərinin müstəsna rolu vardır.Salyan rayon Heydər Əliyev Mərkəzində rəsm,rəqs,şahmat dərnəkləri fəaliyyət göstərir.Bu dərnəklərdən rayon məktəbliləri mütəmadi istifadə edirlər. Dərnəklər gənclərin maarifləndirilməsi,asudə vaxtlarının səmərəli keçirilməsi, biliklərinin artırılması məqsədi daşıyır.

Rəqs dərnəyi

Rəqs dərnəyi vasitəsilə uşaqlara rəqs sənətinin əsasları öyrədilir. Rəqs dərnəyinin üzvləri Mərkəzimizdə eləcə də rayonumuzda keçirilən tədbirlərdə öz bacarıqlarını peşəkarlıqla nümayiş etdirirlər. Rəqs dərnəyi həftədə 2 dəfə fəaliyyət göstərir.

Rəsm dərnəyi

Salyan rayon Heydər Əliyev Mərkəzində fəaliyyət göstərən rəqs dərnəyi vasitəsilə Salyan rayon məktəbliləri öz rəssamlıq qabiliyyətlərini üzə çıxararaq rayonda, regionda ,eləcədə Bakı şəhərində keçirilən sərgilərdə fəal iştirak edirlər. Mərkəzimizdə mütamadi olaraq Rəsm dərnəyi üzvlərinin əl işlərindən ibarət sərgilər təşkil olunur. Dərnək üzvləri tədbirlərdə Diplom, Fəxri fərmanlarla təltif olununaraq rayonumuzun incəsənətini ,rəssamlıq sənətini təblig edirlər.

Şahmat dərnəyi

Şahmat dərnəyi - rayon məktəblilərinin zehni inkişafına kömək olmaqla bərabər ,müxtəlif şahmat yarışlarında şagirdlərin iştirakını təmin edir.Yarışlarda iştirak edən dərnək üzvləri Diplomlarla təltif edilirlər.

Şahmat Yarışında ll ci yerin qalibi - Damla Bayramlı.