Ermənistan təcavüzünün nəticələri

Ermənistan təcavüzünün nəticələri

Ermənilərin törətdiyi mart qırğınları

Salyanın sinəsinə çəkilən dağ

1918-ci ilin martında Bakıda dinc əhaliyə olmazın divan tutan erməni daşnakları ardınca çırkin əməllərinin Bakı ətrafı ərazilərdə davam etdirdilər. Dəniz yolu ilə Kür çayının mənsəbinə gəlib çıxan erməni-bolşevik quldur dəstələri o vaxtkı Salyan qəzasında, indiki Salyan və Neftçala rayonlarının ərazisində insan ağlına sığmayan cinayətlər törətdilər. Hər tərəfli silahlanan erməni vəhşiləri çay boyunca irəliləyərək qarşılarına çıxan yaşayış məntəqələrinin dinc sakinlərinə ağır işgəncələr verərək qətlə yetiriblər. Körpə və ahıl yaşlı insanları süngüyə keçirərək alovda yandırıblar. Bir qisim insanlarınsa bellərinə qaynar samovarları bağlayaraq əzabla ölməsinə şahidlik ediblər. Qadınların döşlərini kəsən Şaumyanın başcılıq etdiyi bu qan içən ermənilər azərbaycanlıların bir dəfəlik kökünü kəsmək məqsədilə hamilə qadınların qarınlarını yırtıb hələ dünyaya gəlməyən üşaqları belə vəhşiliklə öldürüblər. İndiki Salyan şəhərinə qədər irəliləyə bilən ermənilər evləri də yandırıb, keçdikləri yerlərdə soyğunçuluq törədiblər. Qorxuya düşən sakinlər qaçıb “Mırovdağ” adlanan ərazidə gizlənsələr də ermənilər dağa sığınan insanların yerini aşkarlayıb burada da onlara divan tutublar. O qanlı tarixin nişanələri (kütləv öldürülmüş insanların sümükləri) bu gündə həmən ərazidə qalmaqdadır. Ermənilərin bu ərazidə həyata keçirdiyi qətliamlar tarixi sənədlərdə də əksini tapıb. “Belə ki “ Azərbaycan ” qəzetinin 3 noyabr 29 saylı nömrəsində Mərkəzi Kaspi Diktaturasının üzvü Leymleyn Kaspi Donanmasının baş komandanı Xaçikova təqdim etdiyi rus dilindən tərcümədə “Ərzi-hal ” adlı məxfi sənəd çap edilir. O zaman şəhər polis dairəsində saxlanılan sənədi qəzetin əməkdaşı Məhəmməd Sadiq polis müfəttişi Bahəddin bəydən əldə edibmiş. Məxfi sənəddə əsasən törətdikləri qırğınlar və Salyan qəzasında məğlub olmalarının səbəbləri təfsilatı ilə acıqlanıbmış. Sənəddə qeyd olunub ki, Kür çayının aşağı hissələrini nəzarətdə saxlamaq məqsədilə təpədən dırnağadək silahlanan daşnaqlar 1918 ci ilin iyun ayında hərbi sursatla dolu 6 hərbi gəmilərlə (“Krasnavodsk”, “Yelets”, “İraq”, “Bakintes”, “Salyanets” və “Demosfen”) su yolu vasitəsi ilə Salyan qəzasına soxulurlar. Sənəd də göstərilir ki, gəmilərdə 900 silahlı əsgər olub, bunlar ruslardan təşkil olunmuş dənizçilər, makinalı tüfəngçilər (pulemyotçular) və silahlı erməni əsgərləri idi. İri silahlara gəlincə isə cinayətkar dəstə də 4 ədəd iri çaplı top, 14 ədəd makinalı tüfəngləri var imiş. Təkcə bir faktla daşnaqların Salyan qəzasında törətdiyi qırğınların miqyasını acıq aydın göstərmək olar. Belə ki özləri ilə gətirdikləri 800 top mərmisinin 700 ədədi bu ərazilərə atıb dağıntı və qətllər törədiblər. ” Hazırda unikal və tarixi əhəmiyyətli qəzet nümunəsi Neftçala rayon Tarix Diyarşünaslıq Muzeyində qorunur. Digər məlumatlara görə daşnaklara Kür çayında üzən 2 hərb gəmisi və bir nəqliyyat gəmisi də yardım edib.

Ermənilər üzərində qələbə

O zaman bu qaniçən vəhşilərin qarşısını Ağa Mirbağır ağanın, Ağa Mirəşrəf ağanın başcılıq etdiyi yerli əhalidən təşkil olunan kiçik dəstələr, həmçinin Qaçaq Usubun və Nuru Paşanın komandanlığı ilə azərbaycanlıların köməyinə gələn Qafqaz İslam Ordusunun türk əsgərləri ala biliblər. 15 gün davam edən qızğın döyüşlərdən sonra Şaumyanın silahlı dəstəsi zərərsizləşdirilib. Ağır və şanlı döyüşdə yerli əhaliylə yanaşı türk əsgər və zabitlərindən bir neçəsi şəhid oldular. Neftçala rayonunun Bankə və Salyan şəhər qəbiristanlıqlarında dəfn olunmuş bu türk şəhidlərinin məzarları indidə əhalinin inanc yeridir. Qeyd edək ki, türkləri Salyan qəzasına salyanlı sahibkar İmamverdi şəxsi gəmisi ilə gətiribmiş. Qələbənin qazanılmasında digər salyanlıların; Molla Əbülhəsən, Molla Məhəmməd, Molla Ramazan, Molla Hüseyn, Kərbəlayı Rəşid, Qəhrəman, Pilağa Hacı Səməd oğlu, Miraslan, Qaranquş Əsəd, Qəssab Qubad, Ələkbər, Kərbəlayı Cahangir, Dadaş, Qaragöz Məhəmməd Hüseyn, Qubad, Faytonçu Əsgər, Uruf, Ağakişi Nağıyev, Əli bəy, Mirzəli, Qulam və s, xüsusən Azərbaycan hərb tarixində müstəsna iz qoyan Sultan Hüseynzadə, könüllülərin türk ordusuna cəlb olunmasında böyük fədakarlıqlar göstərmiş Sərxan Şirvanlı və döyüşlərdə türklərə bələdçilik edən Ağapaşa böyük şücaət göstəriblər.

Salyan rayonu üzrə şəhidlərin siyahısı

1.İmanov Elçin Beydulla oğlu,Salyan şəhəri28 May 50(12.08.1967-20.01.1990)

2.Əhmədov Cəbrayıl Kamal oğlu,Salyan şəhəriS.Vurğun 4(13.10.1962-29.06.1992)

3.Mədətov Bəxtiyar Kamal oğlu,Salyan şəhəri20 Yanvar 11(01.01.1972-21.10.1992)

4.İsayev Vüqar Qalib oğlu,Salyan şəhəri X.R.Ulutürk(17.09.1968-11.02.1993)

5.Xudaverdiyev Rəhman Qabil oğlu,Salyan şəhəri S.Vurğun 115/12(17.07.1972-11.02.1993)

6.Təsəlliyev Aqil Böyükağa oğlu,Salyan şəhəri T,Xəlilbəyli 139(02.02.1973-23.02.1993)

7.Əsgərov Mübariz Hilal oğlu,Salyan şəhəri,T.Xəlilbəyli 5/1(26.07.1972-13.07.1993)

8.Zamanov Əfqan Ağadadaş oğlu,Salyan şəhəri,Y.Zərgərli 167(05.07.1965-13.07.1993)

9.Yegənov Ceyhun Böyükkişi oğlu,Salyan şəhəri,20 Yanvar 1(07.01.1974-15.08.1993)

10.Həsənov Azər Cəmil oğlu,Salyan şəhəri,Babazanlı qəsəbəsi(09.02.1964-10.12.1993)

11.Novruzov Ziyafət Siyasət oğlu,Salyan şəhər M.Dadaşov 35(02.02.1975-22.01.1994)

12.Ağalarov Cəlal Mirkamal oğlu,Salyan şəhəri Y.Zərgərli 195(20.03.1974-09.03.1974)

13.Hüseynov Elsevər Sabir oğlu,Salyan şəhər E.Hüseynov 24(17.06.1965-25.04.1994)

14.Gözəlov Cəmil Saleh oğlu,Salyan şəhəri 20 Yanvar 23(10.06.1970-16.05.1994)

15.Yusifov Şahin Həsən oğlu,Salyan şəhəri Q.İsmayılov 10(23.08.1967-23.05.1996)

16.Ağamalıyev Zaur Ağabəy oğlu,Salyan şəhəri Ə.Kürçaylı-47(18.10.1973-01.04.1993)

17.Rəhimov Orxan Rəfail oğlu,Salyan şəhəri H.Əliyev-26(06.10.1968-19.01.1994)

18.Abbasov Rahib Rafiq oğlu,Salyan şəhəri Ə.Zeynalov-23(18.04.1974-05.02.1993)

19.Həsənov İsfəndiyar Möhübbət oğlu,Salyan şəhəri X.R.Ulutürk-28(23.01.1965-05.08.1992)

20.Səfərov Azər Sahib oğlu,Salyan şəhəri Ə.Hüseynzadə-90(02.07.1972-27.07.1992)

21.Davudzadə Taleh Aslan oğlu,Salyan şəhər T.Davudzadə-16(08.08.1971-01.02.1994)

22.Məmmədov Əfqan Məmmədhəsən oğlu,Salyan şəhər A.Həsənov-20(20.10.1973-24.10.1993)

23Qurbanov Həbib Tahir oğlu,Salyan şəhər A.Həsənov-80(10.03.1975-11.02.1994)

24.Ağayev Vaqif Şəmsəli oğlu,Salyan şəhər A.Ağabəyov-4/23(22.02.1965-10.08.1993)

25.Nəsirov Fikrət Fədai oğlu,Salyan şəhər 20 Yanvar-7/4(13.01.1961-13.06.19930

26.Babayev Böyükkişi Həsənağa oğlu,Salyan şəhər E.İmanov-47(24.07.1956-14.08.1992)

27.Ibrahimov Natiq Bəhlul oğlu,Salyan şəhər 20 Yanvar-277(23.04.1973-14.04.1993)

28.Məmmədov Xalıq Həbib oğlu,Salyan şəhər Y.Qasımov-4(19.04.1953-12.11.1993)

30.Qəfərov Yavər Müseyib oğlu,Salyan şəhər 20 Yanvar-11/8(02.09.1958-17.06.1993)

31Yarıyev Qəmbər Temiş oğlu,Salyan şəhər C.Cabbarlı-28(06.12.1966-28.01.1992)

32.Axundov Fəxrəddin Mənəf oğlu.F.Axundov-12(06.08.1963-13.03.1993)

33.Əliyev Müşfiq Rizvan,Salyan şəhər 20 Yanvar-272(01.07.1974-26.05.1993)

34.Abıyev Füzuli Ramiz oğlu,Salyan şəhər M..Rəsulzadə-45(05.10.1968-08.05.1992)

35.Qədirov Vahab Aslan oğlu,Salyan şəhər A.Ağazadə-34(11.11.1975-21.04.1994)

36.Mustafayev Telman Elman oğlu,Salyan şəhər T.Abdulrəhimov-5(28.12.1991-28.10.2010)

37.Babayev Sadıq Ərəstun oğlu,Salyan şəhər Y.Zərgərli-46(11.10.1974-22.07.1993)

38.İsmayılov Murad Xudayar oğlu,Salyan şəhər C.Cabbarlı -13(15.02.1974-15.09.1992)

39.Ağayev Cəmaləddin Hilal,Salyan şəhər 20 Yanvar-118(06.05.1950-25.04.1994)

40.Babayev Elşən Əliheydər oğlu,Salyan şəhər A.Ağabəyov-4a/9(23.06.1972-02.01.1996)

41.Əsədov İlqar Cəmaləddin oğlu,Salyan şəhər Ə.Qasımzadə-22(11.05.1975-28.03.1994)

42.Xankişiyev Yasər Mirzə oğlu,Salyan şəhər Y.Xankişiyev-20(03.02.1975-14.01.1994)

43.Hüseynov Daməd Əvəzağa oğlu,Salyan şəhər Ə.Quliyev-2/53(19.09.1971-13.07.1993)

44.Qəhrəmanov Cahangir Baloğlan oğlu,Salyan şəhər Y.Zərgərli-65(25.11.1961-11.08.1993)

45.Ramazanov Mehman İbrahim oğlu,Salyan şəhər 20 Yanvar-27(08.06.1969-13.06.1993)

46.Hüseynov Vüqar Ağabala oğlu,Salyan şəhər A.Ağabəyov-6/6(04.09.1973-19.03.1994)

47.Əliyev Mirzə Aftandil oğlu,Salyan şəhər İ.Quliyev-5/2(18.07.1973-10.03.1994)

48.Əsgərov Əsəd Əfsərağa oğlu,Salyan şəhər20 Yanvar-24(10.09.1961-13.07.1993)

49.Əliyev Əlimərdan Ədalət oğlu,Salyan rayonu P.Gəncəli kəndi(21.11.1969-13.02.1993)

50.İbişov Seymur Mirzağa oğlu,Salyan rayonu,Çuxanlı kəndi(16.10.1974-11.05.1994)

51.Həmidov Ziyad Rahil oğlu,Salyan rayonu,Çuxanlı (18.04.1974-20.11.1992)

52.Qafarov Xilqət Xoşbala oğlu ,Salyan rayonu ,P.Gəncəli (01.08.1971-09.02.1993)

53.Ələkbərov AzərƏlizadə oğlu ,Salyan rayonu,P.Gəncəli (27.06.1973-16.06.1993)

54.Məlikov Səfər Əhədağa oğlu,Salyan rayonu,P.Gəncəli (17.07.1961-04.01.1994) (Itkin)

56.Əliyev Seymur Habil oğlu ,Salyan rayonu,P.Gəncəli (01.07.1975-19.05.1994)

57.Kərimov Aqil Yediyar oğlu,Salyan rayonu,Boranıkənd (15.12.1973-29.11.1992)

58.İsgəndərov Şərafət Fədayi oğlu,Salyan rayonu,Şorsulu (01.06.1961-06.01.1994)

59.Həsənov Abbas Aydın oğlu,Salyan rayonu,Şorsulu kəndi (30.07.1959-14.01.1994)

60.Adışirinov İlham Yaqub oğlu,Salyan rayonu,Boranıkənd kəndi (03.12.1969-28.03.1993)

61.Zeynalov Qabil Gülağa oğlu,Salyan rayonu,Boranıkənd kəndi (02.04.1968-16.02.1994)

62.İsmayilov Vüqar Sərəncam oğlu,Salyan rayonu,Boranıkənd kəndi (08.03.1973-25.01.1993)

63.Nağıyev Aləddin Təşkilat oğlu,Salyan rayonu,Şorsulu kəndi (01.11.1960-12.11.1994)

64.Qasımov Əli Baloğlan oğlu Boranıkənd kəndi (17.03.1972-17.02.1994)

65.Ağayev Mirzə Ağahüseyn oğlu,Salyan rayonu,Şorsulu kəndi (19.04.1975-28.01.1994)

66.Babayev Elçin Siyasət oğlu,Salyan rayonu,Şorsulu kəndi (06.09.1972-31.03.1993)

67.Səmədov Elnur Sakit oğlu,Salyan rayonu,Sarvan kəndi (01.09.1973-09.10.1992)

68.İsmayılov Zahir Müseyib oğlu,Salyan rayonu,Sarvan kəndi (01.05.1971-27.04.1994)

69.Əliyev Salman İsməmməd oğlu,Salyan rayonu,Sarvan kəndi (12.01.1968-05.01.1993)

70.Qaraşov Nail Cahangir oğlu,Salyan rayonu,Sarvan kəndi (31.03.1973-11.02.1994)

71.Həsənov İsfəndiyar Möhübbət oğlu,Salyan rayonu,Sarvan kəndi (23.01.1965-06.08.1992)

72.Nəzərov Elbrus Hafiz oğlu,Salyan rayonu,Sarvan kəndi (19.05.1975-1994) İtkin

73.Rəsulov Zöhrab Yavər oğlu,Salyan rayonu,Sarvan kəndi (07.12.1975-25.04.1994)

74.Abuşov Həsrəddin Abuş oğlu,Salyan rayonu,Sarvan kəndi (17.01.1962-08.01.1994)

75.Nağıyev Arif Dədəş oğlu,Salyan rayonu,Dayıkənd kəndi (31.12.1957-21.02.1994)

76.Mehdiyev Zümrüd Fərzi oğlu,Salyan rayonu,Sarvan kəndi (28.12.1960-08.01.1994)

77.Həsənov Elçin Ağası oğluSalyan rayonu,Sarvan kəndi (20.09.1974-1993) Itkin

78.Səfərov Rufulla Əlisəfa Salyan rayonu,Sarvan kəndi (27.12.1973-15.10.1993)

79.Qafarov Ramiz Nazim oğlu,Salyan rayonu,Marışlı kəndi (01.05.1953-04.03.1994)

80.Bağırov Qulam Alış oğlu,Salyan rayonu,Marışlı kəndi (16.09.1969-16.04.1994)

81.Ağayev Zaur Əziz oğlu,Salyan rayonu,Marışlı kəndi (27.08.1979-26.11.1998)

82.Bağırov Ağalar Davud oğlu,Salyan rayonu,Seyidsadıqlı kəndi (01.16.1973-21.08.1993)

83.Tağıyev Elşən Qubad oğlu,Salyan rayonu,Seyidsadıqlı kəndi (01.03.1971-01.04.1994)

84.Bağırov Nizami Səxavət oğlu,Salyan rayonu,Seyidsadıqlı kəndi (07.05.1973-16.04.1993)

85.Bağırov Vaqif Səlim oğlu,Salyan rayonu,Seyidsadıqlı kəndi (15.07.1958-20.09.1994)

86.Bağırov Vahid Ağaqulu oğlu,Salyan rayonu,Seyidsadıqlı kəndi (07.05.1967-15.07.1994)

87.Məmmədov Səftər Əlihüseyn oğlu,Salyan rayonu,Seyidsadıqlı kəndi (04.08.1995-01.08.2014)

88.Hüseynov Zahid Nadir oğlu,Salyan rayonu,Quyçu kəndi(11.07.1973-04.07.1992)

89.Dadaşov Əkbər Alış oğlu,Salyan rayonu,Qızılağac kəndi (13.07.1972-12.10.1992)

90.Fərəcov Ramiz Sabir oğlu,Salyan rayonu,Alçalı kəndi (29.06.1972-17.08.1992)

91.Nağıyev Elnur Şahbaz oğlu,Salyan rayonu,Qızılağac kəndi (15.02.1974-28.08.1995)

92.Gözəlov Elçin Sərdar oğlu,Salyan rayonu,Arbatan kəndi (06.07.1974-02.04.1998)

93.Babayev Elsevər Əfsərağa oğlu,Salyan rayonu,Arbatan kəndi (02.09.1975-10.02.1994)

94.Hüseynov Yusif Süleyman oğlu,Salyan rayonu,Arbatan kəndi (01.05.1970-20.01.1993)

95.Əliyev Əli Məmməd oğlu,Salyan rayonu,Arbatan kəndi (21.04.1970-21.02.1993)

96.İsayev Raiq Elton oğlu,Salyan rayonu,Arbatan kəndi (11.02.1983-14.01.2006)

97İsgəndərov İlqar Ağababa oğlu,Salyan rayonu,Arbatan kəndi (15.10.1976-30.09.2002)

98.Babayev Abdulla Pilağa oğlu,Salyan rayonu,Arbatan kəndi (14.08.1975-01.04.1994)

99.Əliyev Azər Əzizağa oğlu,Salyan rayonu,Aşağı Kürkənd kəndi (03.06.1973-25.06.1992)

100.Mustafayev Fikrət Əliağa oğlu,Salyan rayonu,Arbatan kəndi (07.02.1975-14.01.1994)

101.İsmaılov Loğman Akif oğlu,Salyan rayonu,Xurşud kəndi (16.02.1973-28.01.1994)

102.Salmanov Mahir Sabir oğlu,Salyan rayonu,Xurşud kəndi (06.03.1970-07.01.1994)

103.Əkbərov Ramil Nadir oglu,Salyan rayonu,Aşağı Kürkənd kəndi (01.03.77-31.08.1998)

104.Qədirov Musa Əziz oglu,Salyan rayonu,Arbatan kəndi (17.08.64-18.05.94)

105.Zeynalov Maxsud Əliqulu oğlu,Salyan rayonu,Kürqaraqaşlı kəndi (13.10.1959-31.05.1995)

106.Quliyev Rəfail Qəhrəman oğlu,Salyan rayonu,Ərəbqardaşbəyli kəndi (03.06.1972-13.10.1992)

107.Nağıyev Yasər Böyükkişi oğlu,Salyan rayonu,Kürqaraqaşlı kəndi (04.05.1974-20.09.1994)

108.Məlikov Əfqan İldır oğlu,Salyan rayonu,Kürqaraqaşlı kəndi (02.04.1970-17.05.1993)

109.Əhmədov Azad Ədalət oğlu,Salyan rayonu,Cəngan kəndi (02.08.1974-16.01.1994)

110.Əmənov İlham Ağahüseyn oğlu,Salyan rayonu,Aşağı Noxudlu kəndi (02.10.1975-23.05.1994)

111.Orucov Zahid Ağapaşa oğlu,Salyan rayonu,Aşağı Noxudlu kəndi (20.06.1969-21.01.1993)

112.Balayev Fuad Adil oğlu,Salyan rayonu,Aşağı Noxudlu kəndi (14.03.1974-18.12.1992)

113.Hüseynov Zahid Rabil oğlu,Salyan rayonu,Seydan kəndi (13.11.1973-01.02.1994)

114.Səmədov Seymur Atabala oğlu,Salyan rayonu,Parça Xələc kəndi (10.10.1972-12.10.1992)

115.Qəhrəmanov İlham İmran oğlu,Salyan rayonu,Parça Xələc kəndi (30.05.1973-10.03.1994)

116.Mirzəyev Araz Hacağa oğlu,Salyan rayonu,Parça Xələc kəndi (02.04.1971-08.02.1993)

117.Əliyev Rafiq Mirzəbala oğlu,Salyan rayonu,Parça Xələc kəndi

118.Əsgərov Gülağa Bayrış oğlu,Salyan rayonu,Yenikənd kəndi (15.01.1970-22.01.1993)

119.Canıyev Səxavət Xanış oğlu,Salyan rayonu,Yenikənd kəndi (20.01.1964-1993) Itkin

120.Əliyev Rafiq Mirzəbala oğlu,Salyan rayonu,Yenikənd kəndi (1966-1994) Itkin

121.Həsənov Tofiq Səfər oğlu,Salyan rayonu,Yenikənd kəndi (15.01.1957-09.01.1994)

122.Cavadov Əliheydər Ələşfər oğlu,Salyan rayonu,Yenikənd kəndi (02.08.1962-14.02.1994)

123.Hüseynov Dilqəm Dostalı oğlu,Salyan rayonu,Yenikənd kəndi (02.04.1963-17.01.1994)

124.Heydərov Elçin Alməmməd oğlu,Salyan rayonu,Şəkərli kəndi (21.06.1969-05.03.1994)

125.Tağıyev Taleh Musa oğlu,Salyan rayonu,Şəkərli kəndi (10.05.1985-20.08.2014)

126.Mahmudov Natiq Müseyb oğlu,Salyan rayonu,Həsənli kəndi (30.04.1974-07.09.1996)

127.Talıbov Niyaməddin Nüsrət oğlu,Salyan rayonu,Qardili kəndi (10.06.1975-09.05.1994)

128.Surxayev Zaur İbrahim oğlu,Salyan rayonu,Həsənli kəndi (16.04.1976-31.11.1996)

129.Cəfərov Salman Tarverdi oğlu,Salyan rayonu,Qardili kəndi (07.03.1965-15.06.1993)

130.Əliyev Cəsur Saleh oğlu,Salyan rayonu,Həsənli kəndi (08.11.1972-14.08.1992)

131.Əsgərov Əjdər Məcnun oğlu,Salyan rayonu,Həsənli kəndi (27.01.1974-09.10.1992)

132.Şiriyev Qoşqar Şəmsəddin oğlu,Salyan rayonu,Həsənli kəndi (07.11.1978-02.01.2000)

133.Əmrəliyev Əli Zülfəli oğlu,Salyan rayonu,Xələc kəndi (22.08.1973-28.01.1994)

134.Ibrahimov İlqar İbrahim oğlu,Salyan rayonu,Abadkənd kəndi (12.07.1975-11.01.1994)

135.Şirinov Təhməz Seyfəli oğlu,Salyan rayonu,Xələc kəndi (29.10.1957-23.10.1992)

136.Cəbiyev OsmanQardaşəli oğlu,Salyan rayonu,Abadkənd kəndi (26.06.1970-13.06.1993)

137.Əliyev Xeyrəddin Ələddin oğlu,Salyan rayonu,Xələc kəndi (04.03.1975-22.03.1994)

138.Kərimov Vüqar Kamran oğlu,Salyan rayonu,Xələc kəndi (06.07.1975-24.03.1994)

139.Qaraxanov Nəsimi Siyasət oğlu,Salyan rayonu,Xələc kəndi (05.07.1967-06.08.1994)

140.Əliyev Hicran Ələddin oğlu,Salyan rayonu,Xələc kəndi (1973-1994)

141.Mehdiyev Rəşid Rövşən oğlu,Salyan rayonu,Xələc kəndi (26.07.1990-02.04.2016)

142.Tağıyev Elçin Tofiq oğlu,Salyan rayonu,Kərimbəyli kəndi (24.02.1975-07.01.1994)

143.Süleymanov Neymət Əli oğlu,Salyan rayonu,Kərimbəyli kəndi (15.04.1975-18.01.1994)

144.İbayev Elşən Abdulla oğlu,Salyan rayonu,Kərimbəyli kəndi (19.01.1972-27.01.1994)

145.Mustafayev Eynulla Əziz oğlu,Salyan rayonu Kərimbəyli kəndi (18.12.1958-07.01.1994)

146.Salhov İntiqam İsrafil oğlu,Salyan rayonu,Peyk kəndi (09.05.1975-13.04.1996)

147.İsmayılov Maarif Atakişi oğlu, Şirvan şəhəri 2(4.02.1964-21.04.1993)

148.Mayılov Qarabala Ağabala oğlu,Salyan rayonu,Kürsəngi kəndi (16.07.1973-20.08.1992)

149.Atamoğlanov Əbülfət Sabir oğlu,Salyan rayonu,Kürsəngi kəndi (06.08.1964-31.08.1993)

150.Kərimov Fuad Allahverən oğlu,Salyan rayonu,Xıdırlı kəndi (22.05.1974-26.02.1993)

151.Muradov Aqşin Ağamalı oğlu,Salyan rayonu,Xıdırlı kəndi (13.10.1968-26.11.1993)

152.Mayılov Bəhram Mayıl oğlu,Salyan rayonu,Xıdırlı kəndi (20.01.1964-27.01.1993)

153.Gözəlov Kamal Yeylağalı oğlu,Salyan rayonu,Xıdırlı kəndi (01.02.1959-27.01.1993)

154.Muradov Qürbət Mehbala oğlu,Salyan rayonu,Xıdırlı kəndi (17.02.1958-11.01.1994)

155.İsmayılov Maqsud Hətəm oğlu,Salyan rayonu Yolüstü kəndi (02.09.1964-24.08.1992)

156.Əsgərov Yusif Cavad oğlu,Salyan rayonu Yolüstü kəndi (25.04.1975-12.01.1994)

157.Süleymanov Elşən Ziyəddin oğlu,Salyan rayonu Yolüstü kəndi (02.02.1973-07.02.1993)

158.Babayev Nazim Abbas oğlu,MilliQəhrəman.Salyan rayonu Yeni Uluxanlı kəndi (07.02.1975-17.03.1995)

159.Qənbərov Feyruz Hidayət oğlu,Salyan rayonu Yeni Uluxanlı kəndi (14.10.1962-16.01.1994)

160.Nəcəfov Əliağa kamo oğlu,Salyan rayonu Yeni Uluxanlı kəndi (11.07.1955-14.04.1994)

161.Qurbanov Siyavuş Sabir oğlu,Salyan rayonu Yeni Uluxanlı kəndi (22.07.1966-30.07.1993)

162.İbrahimov Ramiz Əvəz oğlu,Salyan rayonu Düzənlik kəndi (01.09.1965-23.07.1993)

163.Xəlilov Elçin Nuhbala oğlu,Salyan rayonu Bəşirbəyli kəndi (12.06.1967-23.07.1993)

164.Abdullayev Abbas Xanlələ,Salyan rayonu Bəşirbəyli kəndi (13.12.1973-27.11.1992)

165.Ağayev Füzuli Əkbər oğlu,Salyan rayonu Pambıqkənd kəndi (20.01.1963-07.01.1994)

166.Abdullayev İlham Bayram oğlu,Salyan rayonu Pambıqkənd kəndi (03.05.1975-07.04.1995)

167.Quliyev Qənbər Teymur oğlu,Salyan rayonu Qaraçala qəsəbəsi (15.03.1975-15.01.1994)

168.Hüseynov Vaqif Sadıq oğlu,Salyan rayonu Pambıqkənd kəndi (22.05.1975-24.01.1994)

169.Eyvazov Qubad Mehti oğlu,Salyan rayonu Qaraçala qəsəbəsi (20.06.1972-21.04.1994)

170.İbadov Azad Həci oğlu,Salyan rayonu Pambıqkənd kəndi (09.02.1968-14.06.1992)

171.Mikayılov Fərəməz Şəmi oğlu,Salyan rayonu Qaraçala qəsəbəsi (23.08.1963-22.01.1994)

172.Məmmədov Cəlal Sədi oğlu,Salyan rayonu Qaraçala qəsəbəsi (08.04.1974-05.07.1993)

173.Talıbov Teyyub Güloğlan oğlu, Salyan rayonu Qaraçala qəsəbəsi (25.11.1977-12.06.1997)

174.Əhmədov Coşqun Valeh oğlu ,Salyan rayonu Qaraçala qəsəbəsi (06.04.1982-10.08.2001)

175.Həmzəyev Kərəm Barı oğlu ,Salyan rayonu Çadırlı kəndi (01.01.1964-28.12.1993)

176.Qasımov Müşviq Əlif oğlu ,Salyan rayonu Bəşirbəyli kəndi (20.06.1970-20.06.1994)

177.Rüstəmov Adil Mirzəhəsən oğlu, Salyan rayonu Pambıqkənd kəndi (18.11.1969-09.02.1994)

178.Yaqubov Zülfüqarov Əli oğlu,Salyan rayonu Bəşirbəyli kəndi (01.08.1974-09.02.1994 )

179.Rzayev Elman Fərrux oğlu,Salyan rayonu Çadırlı kəndi (29.12.1973-03.01.1993)