Mərkəz haqqında məlumat

Salyan rayon Heydər Əliyev Muzeyi 10 avqust 2006-cı ildə cənab Prezidentimiz İlham Əliyevin və xanımı Mehriban Əliyevanın iştirakı ilə açılıb istifadəyə verilmişdir. Muzeyin yaranmasında məqsəd Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətini tədqiq etmək, öyrənmək və ictimaiyyətə çatdırmaqdır. İllər ərzində muzey fəaliyyət dairəsini genişləndirərək, öz nəzdində müxtəlif dərnəklər, kitabxanalar və s. şəbəkələrin yaradılmasına nail olmuşdur.

Heydər Əliyev muzeylərinin mahiyyət etibarı ilə mərkəz kimi fəaliyyət göstərdiyini, onların regionlarda ictimai-siyasi və mədəni mərkəzlər kimi mühüm rol oynadığını nəzərə alaraq, habelə yerlərdən daxil olan çoxsaylı müraciətlərə əsasən Mədəniyyət və Turizm Nazirliyinin müvafiq əmri ilə Heydər Əliyev Muzeyləri mərkəz adlandırılmışdır.

Salyan rayon Heydər Əliyev Mərkəzinin yeni inzibati binası 2013-cü il 4 sentyabrda cənab Prezidentimiz İlham Əliyevin iştirakı ilə açılıb istifadəyə verilmişdir.Mərkəzin ümumi sahəsi 1479 kv/m olmaqla,3 mərtəbədən ibarətdir.Mərkəzdə muzey,kitabxana və dərnəklər fəaliyyət göstərir.Mərkəzin muzey hissəsində 2 ekspozisiya zalı fəaliyyət göstərir. Zallarda 9 bölmə 16 mərhələ üzrə 177 şəkil, 22 adda sənəd nümayiş olunur.

1-ci ekspozisiya zalında Ulu Öndər Heydər Əliyevin 1977-1982-1998-ci illər və cənab Prezident İlham Əliyevin 2008-2010-2011-2012-2013-cü illərdə Salyan rayonuna səfərlərindən bəhs edən fotoşəkilləri nümayiş olunur.

2-ci ekspozisiya zalında isə Ulu Öndər Heydər Əliyevin uşaqlıq, gənclik illəri, Milli Təhlükəsizlik orqanlarında çalışdığı dövr, ailəsi ilə çəkilmiş fotoşəkillər, Naxçıvan MR-da yaşayıb fəaliyyət göstərdiyi illər, 1969-1982-ci illər və 1993-2003-cü illərdə Prezident olduğu dövrlərdə iqtisadiyyata, təhsilə, səhiyyəyə, dinə ayırdığı diqqət və qayğı əks olunur.

Mərkəzin 3-cü mərtəbəsində elektron kitabxana fəaliyyət göstərir. Elektron kitabxananın fondunda 7326 kitab, 383 elektron resurslar vardır.Kitabxananın fondun saxlanılan kitablardan 2843 - latın qrafikalı əlifba ilə yazılmış kitablar ,4376 -kiril qrafikalı əlifba ilə yazılmış kitablar ,107 - kitab rus dilindədir. Müxtəlif yaş qruplarından olan oxucular mütəmadi olaraq kitabxananın resurslarından faydalanır. Kitabxanada həmçinin dövlət tədbirləri və görkəmli şair və yazıçıların yubiley tədbirləri həyata keçirilir. Mərkəzin 3-cü mərtəbəsində Rəsm, Şahmat, Rəqs dərnəyi və Rus dili kursu fəaliyyət göstərir. Mərkəzdə həmçinin RİİB (Regional İctimai Birliyi), Qadın Resurs Mərkəzi fəaliyyət göstərir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamına uyğun olaraq Salyan rayon Heydər Əliyev Mərkəzində gənc ailələrin nikah mərasimləri keçirilir.