Martın 30-da Sabirabad rayon Heydər Əliyev Mərkəzində 31 Mart Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar anım tədbiri keçirildi.

Martın 30-da Sabirabad rayon Heydər Əliyev Mərkəzində 31 Mart Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar anım tədbiri keçirildi.

Martın 30-da Sabirabad rayon Heydər Əliyev Mərkəzində 31 Mart Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar anım tədbiri keçirildi.Tədbirdə Heydər Əliyev Mərkəzinin,Gənclərin İnkişaf və Karyera Mərkəzinin Sabirabad nümayəndəliyinin gənc könüllüləri və MKS-nin əməkdaşı iştirak edirdilər.Əvvəlcə soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi.Heydər Əliyev Mərkəzinin əməkdaşı S.Mehtiyeva gəncləri sərgi ilə tanış etdi.Qeyd olundu ki, ermənilər zaman-zaman xalqımızı soyqırıma məruz qoymuş,havadarlarının hərtərəfli köməyilə əzəli torpaqlarımızı olmağı özlərinin məqsədlərinə çevirmişlər.1918-ci ildə ermənilər azərbaycanlıları görünməmiş vəhşiliklə qətlə yetirmişlər.Sonra Mərkəzin 3D kinozalında “31 Mart Azərbaycanlıların Soyqırımı Günü” filmi nümayiş olundu.