Musayev Bayram Mehman oğlu və Ənnağıyev Babək Oktay oğlunun ziyarəti

Musayev Bayram Mehman oğlu və Ənnağıyev Babək Oktay oğlunun ziyarəti

Martın 19-da Sabirabad rayon Heydər Əliyev Mərkəzinin əməkdaşları Novruz bayramı və doğum günü münasibətilə Qasımbəyli kəndində 44 günlük Vətən müharibəsinin Şəhidləri Bayram Musayevin və Babək Ənnağıyevin ailələrini və məzarlarını ziyarət etdilər. Şəhidlərimizin ruhlarına dualar oxunduqdan sonra şəhidlərin xatirəsinə ehtiramlarını bildirmişlər. Musayev Bayram Mehman oğlu 2001-ci il martın 20-də anadan olmuşdur. Şəhidin atası Mehman kişidedi ki, Bayram Novruzda doğulduğu üçün adını Bayram qoymuşdular. Bayram Musayev 2019-cu ilin iyulunda Ağdamda hərbi xidmətdə olmuşdur. Bayramın 7 yaşı olanda anası Qızbəst xanım rəhmətə gedir. Byram yetim qalır. O, deyir Bayram çox ağıllı, tərbiyəli və zhmətkeş uşaq idi. Sabirabad Peşə Liseyində təhsil almış, traktorçu ixtisasına yiyələnmişdir.

Cənnətdəki doğum günün mübarək olsun, əziz Şəhidim!!!

Babək Ənnağıyevin atası Oktay kişi 4 övlad atasıdır. O dedi ki, həyat yoldaşı Həcər xanım 2017-ci ildə ağır xəstəlikdən sonra dünaysını dəyişib. Babək ailənin kiçik oğlu idi. Babək 1994-cü il aprelin 28-də anadan olmuşdur. 2012-ci ildə Qazaxda hərbi xidmətdə olmuşdur. Vətən müharibəsi başlayanda könüllü olaraq cəbhəyə yollandı. Babək çox Vətənpərvər gənc idi. Qetd edək ki, Babək ailəli idi. 2 qız övladı var: Həcər və Məryəm. Qızlarını çox istəyirdi. Oktay kişi dedi ki, Babək dindar insan idi. Məşhəd və Kərbəla ziyarətində olmuşdur. Həyat yoldaşı Rəmziyyə xanım Babəkin necə gözəl, qayğıkeş ata olduğunu söylədi. Qeyd edək ki, hər iki Şəhidimiz Füzuli şəhəri istiqamətində gedən döyüşlərdə qəhrəmancasına Şəhid olublar. Allah Rəhmət eləsin!!!