Şəhid Vahıb Əliyev

Bu gün martın 24-ü Vətən müharibəsi Şəhidi Vahıb Ramiz oğlu Əliyevin doğum günüdür. Şəhid 24-cü doğum günü onsuz, dünyaya göz açdığı Sabirabad rayonunun Bulduq kəndində qeyd olunub. Dövlətimizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş Vətən oğullarının əziz xatirəsini yad etmək, onların ailəsinə, doğmalarına diqqət və qayğı göstərmək hər birimizin mənəvi borcudur. Şəhidlərin xatirəsinin əbədiləşdirilməsi və Şəhid ailələrinin hörmət və ehtiramla yad edilməsi məqsədilə Sabirabad rayon Heydər Əliyev Mərkəzinin əməkdaşları və Mərkəzin könüllüləri Şəhid Vahıb Əliyevin doğum günündə onun məzarını və ailəsini ziyarət etmişlər.. Ruhuna dua oxunduqdan sonra Şəhidimizin xatirəsinə ehtiramlarını bildirmişlər. Heydər Əliyev Mərkəzinin könüllüləri “ Ağlama, Şəhid Anası” şeirini söyləmişlər. Qəhrəmanımız yaşasaydı bu güb 24 yaşı tamam olacaqdı.