Sabirabadlı qazimiz Elvin Cəfərov

Sabirabadlı qazimiz Elvin Cəfərov

Vətən müharibəsində düşmənə qan udduran Sabirabadlı Mauqli ləqəbli qazinin döyüş yolu. Qırx dörd günlük zəfər yürüşündə Azərbaycan oğulları döyüş meydanında əsl tarix yazdılar. Belə oğullardab biri də 39 gün müddətində Vətən torpağı uğrunda döyüşən Elvin Cəfərovdur. Yoldaşları arasında Mauqli ləqəbi qazanan və pulemyotçu olan Elvinin iştirak etdiyi hücumlardan birinin videosu da sosial şəbəkələrdə yayılıb. Qəhrəmanımılz Sabirabad rayonunun Qalaqayın kəndindəndir. Ötən gün əməkdaşlarımız bölgədə olarkən qazimizin təntənəli qarşılanma mərasiminin şahidi olublar. Vətən müharibəsində Elvin bir neçə dəfə yaralansa da, döyüşə davam edib. Sonuncu dəfə ağır yaralandığı üçün hospitala yerləşdirilib. Ötən gün isə qazimiz öz doğma yurduna qayıdıb və həmyerlilər tərəfindən alqışla qarşılanıb.