Sabirabad rayon Heydər Əliyev Mərkəzinin muzey hissəsi ikinci mərtəbədə yerləşir. Ümumi sahəsi 1340,1 kv.metrdir. Ekspozisiya zalının sahəsi 1094,3 kv. metrdir. Heydər Əliyev Mərkəzi 2013-cü ildə yaradılmışdır. Mərkəzin muzeyində Ulu Öndər Heydər Əliyevin büstü qoyulmuşdur. Muzey 5 bölmədən və sənədləri nümayiş etdirən 2 səkkizguşəli vitrindən və Azərbaycan Dövlətçiliyi Tarixi Kabinetindən ibarətdir. Vitrinlərdə Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətini, zəngin siyasi irsini əks etdirən 319 foto, 36 sayda sənədlərin surətləri nümayiş olunur. Azərbaycan Dövlətçiliyi Tarixi Kabinetində Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən “Böyük ömrün anları” filmi nümayiş olunur.

Birinci bölmədə Ümummilli Lider Heydər Əliyevin uşaqlıq, gənclik və tələbəlik illəri, dövlət təhlükəsizlik orqanlarında çalışdığı dövrlər əks olunur.

İkinci bölmədə Heydər Əliyevin və Sabirabad 1970-1998-ci illərdə rayonumuza etdiyi səfərlər, hər gəlişində kənd zəhmətkeşlərilə, veteranlarla, ağsaqqallarla görüşü, Ulu Öndər Heydər Əliyev tərəfindən bir neçə obyektin açılışı əks olunur və planşet vasitəsi ilə Heydər Əliyevin rayonumuz haqqında söylədiyi səs yazması səsləndirilir. Mərkəzə gələn hər bir tamaşaçıya Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyəti, daxili və xarici siyasəti barədə geniş məlumat verilir.

Üçüncü bölmədə Ulu Öndər Heydər Əliyevin Sovetlər dönəmində Moskva şəhərində çalışdığı dövrlər və Azərbaycanın Müstəqillik qazandığı dövrlər

Dördüncü bölmədə Ulu öndər Heydər Əliyev və ailə üzvləri

Beşinci bölmədə Prezident İlham Əliyevin 2003-2013-cü illərdə rayonumuza etdiyi səfərlər, bir çox obyektlərin açılışı, 2010-cu ildə təbii fəlakətdən ziyan çəkmiş kənd əhalisi ilə görüşü və təbii fəlakətdən sonra inşa olunmuş yeni evlərdə ev sahibləri ilə, rayon ictimaiyyəti nümayəndələri ilə görüşü

Müstəqil Azərbaycan dövlətinin banisi, xalqımızın Ümummilli lideri Heydər Əliyevin Azərbaycanın dövlətçilik tarixində müstəsna yeri vardır. Heydər Əliyev öz müdrik siyasəti, dönməz əqidəsi və tarixi uzaqgörənliyi sayəsində müasir Azərbaycan dövlətinin müstəqilliyinin qorunmasına nail olmuşdur. Sabirabad rayonunun yüksəlişi də Ümummilli liderin adı ilə bağlıdır. Ulu Öndərin zəngin irsinin, dövlətçilik fəlsəfəsinin, azərbaycançılıq ideyalarının dərindən öyrənilməsi, geniş təbliğ olunması, Heydər Əliyevin siyasi irsinin öyrənilməsində, gənclərin dünya görüşünün genişləndirilməsində Heydər Əliyev Mərkəzinin böyük rolu vardır.