Rəhbərlik və əməkdaşlar

Rəhbərlik və əməkdaşlar

Sabirabad rayon Heydər Əliyev Mərkəzinin əməkdaşları haqqında

Məlumat

1. Hacızadə Rəna Sabir qızı - Direktor, Ali, 12 il.

2. Mehdiyeva Səlmi Tərlan qızı - Fondun baş mühafizi, Orta ixtisas, 26 il.

3. Mehdiyeva Nərmin Əlihüseyn qızı - Bələdçi, Orta ixtisas ,13 il.

4. Məlikova Hədiyyə Elxan qızı - Mərkəz baxıcısı, Ümumi orta, 20 il.

Direktor

Hacızadə Rəna Sabir qızı - 25 sentyabr 1967 - ci ildə Sabirabad rayonunda anadan olmuşdur. 1994 - cü ildə M.F.Axundov adına Azərbaycan Pedaqoji Rus dili və Ədəbiyyatı İnstitutunun - "Rus dili və Ədəbiyyatı" ixtisası üzrə bitirib. 1988 - 2006 - cı ilədək Sabirabad rayon N.Nərimanov adına 2 saylı beynəlmiləl və N.Gəncəvi adına 5 saylı orta məktəblərdə rus dili müəllimi vəzifəsində çalışmışdır. 2007 - ci ilin noyabr ayından Sabirabad rayon Heydər Əliyev Mərkəzinin direktorudur. 2006 - ci ildən YAP Sabirabad təşkilatının üzvüdür. 2018 - ci ildə "Tərəqqi medalı" ilə təltif edilmişdir.

Fondun baş mühafizi

Mehtiyeva Səlmi Tərlan qızı - 18 avqust 1964 - cü ildə Sabirabad rayonunun Qaralar kəndində anadan olmuşdur. 1984 - cü ildə N.Krupskaya adına Bakı Mədəni - Maarif texnikomunun "Klub işçisi, klub tədbirlərinin rejissorluq" fakultəsini bitirmişdir. 1993 -1998 ci illərdə Sabirabad rayon Tarix - diyarşünaslıq muzeyində müxtəlif vəzifələrdə işləmiş, 2006 - cı ildən Heydər Əliyev Mərkəzində fondun baş mühafizi vəzifəsində çalışır. 2003 - cü ildən YAP Sabirabad təşkilatının üzvüdür.

Bələdçi

Mehdiyeva Nərmin Əlihüseyn qızı - 23 may 1987 - ci ildə Sabirabad rayonunda anadan olmuşdur. 2008 - ci ildə Odlar Yurdu Universitetinin nəzdində olan Orta İxtisas Təhsilli Kollecinin "İbtidai sinif fakultəsi"ni bitirib. 2006 - cı ildən Sabirabad rayon Heydər Əliyev Mərkəzində bələdçi vəzifəsində çalışır. 2006 - cı ildən YAP Sabirabad təşkilatının üzvüdür.

Mərkəz baxıcısı

Məlikova Hədiyyə Elxan qızı - 22 avqust 1982 - ci ildə Sabirabad rayonunda anadan olmuşdur. 1999 - cu ildə Sabirabad rayonunun M.Ə.Sabir adına Mərkəzi Kitabxanasında operator vəzifəsində çalışmışdır. 2006 - cı ildən Heydər Əliyev Mərkəzində Mərkəz baxıcısı vəzifəsində çalışır. 2001 - ci ildən YAP Sabirabad təşkilatının üzvüdür.