Kitabxana

Sabirabad rayon "Mərkəzləşdirilmiş Kitabxana Sistemi"- nin 1 saylı filialı 2017 – ci ildən Heydər Əliyev Mərkəzində faəliyyət göstərir. Heydər Əliyev Mərkəzinin əməkdaşları ideya - siyasi işlərinin səmərəliliyini artırmaq məqsədilə müxtəlif forma və metodlardan istifadə edirlər. Heydər Əliyevin həyat və fəaliyyəti haqqında mühazirələr, söhbətlər, sual – cavab saatları təşkil olunur. Mərkəzin kitabxanasına gələn oxucularla görüş keçirilir, Heydər Əliyev haqqında yazılmış kitablar, monoqrafiyalar, qəzet və jurnallar, digər çap məhsulları barədə məlumatlarla tanış edilir. Rayon məktəbliləri, "Asan Xidmət" Mərkəzinin könüllüləri, Sabirabad Dövlət Sosial İqtisadi Kollecinin tələbələri kitabxanamızdan səmərəli istifadə edib biliklərini zənginləşdirirlər. Sabirabad Dövlət Sosial İqtisadi Kollecinin dil - ədəbiyyat müəllimi Səidə Hüseynova kitabxanaya gələn şagirdlərə, oxuculara ədəbiyyatımız, dilimizin zənginliyi haqqında, bədii ədəbiyyatların təhlili barədə oxuculara dürüst məlumatlar verir. Heydər Əliyev ideyalarının layiqli davamçısı və varisi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasətinə həsr edilmiş disputlar, mühazirə saatları, söhbətlər və s. görüşlər təşkil olunur.

Filialın ümumi fondu 1700 kitabdan ibarətdir. İllik oxucu sayı 1000, kitab verilişi 1300 təşkil edir.