Heydər Əliyev və Sabirabad

Ümummilli liderimiz birinci hakimiyyəti dövründə müxtəlif obyektlərin açılışında, kənd əməkçilərli ilə görüşlərdə on dörd dəfə, ikinci hakimiyyəti dövründə isə bir dəfə Sabirabadda olmuşdur. Belə ki, Heydər Əliyev ilk gəlişi zamanı yəni 1970 – ci ildə Qrup Su Kəmərinin tikintisi ilə tanış olmuşdur. Vaxtilə Kəmər İttifaqda analoqu olmayan bir kəmər sayılırdı.

1974 – cü ildə Sabirabad rayonundakı M.Ə.Sabir adına 1 saylı orta məktəbin “Son zəng” mərasimində iştirak etmişdir. Məzunları təbrik edərkən Heydər Əliyev qeyd etdi : “Bu gün mənim öz doğma qızımın da son zəng mərasimidir. Qızım məndən bir ata kimi, bir valideyn kimi onun mərasimində iştirak etməyimi xahiş etdi. Amma mən vəzifə borcumu atalıq borcumdan üstün tutub Sizin mərasimə gəldim”.

Heydər Əliyev 1976 -cı ildə, şəxsən özünün Sərəncamı ilə tikilmiş Mədəniyyət evinin açılışında, 1979 – cu ildə N.Gəncəvi adına 5 saylı orta məktəbin açılışında, 1981 – ci ildə isə Kür çayı üzərində tikilmiş körpünün açılışında iştirak etmişdir.

Onun Sərəncamı və rəhbərliyi ilə Sabirabadda Rabitə evi tikilmiş, 5 istehsal müəssisəsi, 31 orta məktəb, 5 xəstəxana və 12 mədəniyyət obyekti, inzibati binalar, çoxmərtəbəli yaşayış evləri inşa olunmuşdur.

Ümummilli Liderin Sabirabad rayonuna olan böyük hörmətinin nəticəsidir. O, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin Birinci katibi olarkən zona müşavirələrinin Sabirabadda keçirirdi. Rayon əməkçiləri və kolxozçularla görüş keçirdikdən sonra bölgələr üzrə müşavirəni keçirirdi.

Ümummilli liderimizin respublikaya rəhbərlik etdiyi dövrdə altı nəfər əmək qabaqcılı Sosialist Əməyi Qəhrəmanı adına layiq görülmüşdür. 1970 – 1985 – ci illərdə Sabirabad rayon Partiya Komitəsinin Birinci katibi olmuş Məmməd Məmmədov, “Sovet Azərbaycanı” kolxozunun sədri Çervon Azayeva, Jdanov adına kolxozun sədri Gülabba Xəlilov, pambıqçılıq briqadirləri Zəminə Aslanova, Fatma Hüseynova və kolxozçu Həlimə Nəfəsova bu sıradadırlar.

Ulu Öndər Heydər Əliyev Müstəqillik dövründə 1998 – ci ildə Sabirabada gəlmiş, məcburi köçkünlərin məskunlaşdığı Qalaqayın çadır düşərgəsində sakinlərlə görüşür, onların yaşayış şəraiti ilə tanış olur, tövsiyyə və tapşırıqlarını verirdi. Elə həmin gün Heydər Əliyev rayon mərkəzində minlərlə sabirabadlı qarşısında çıxış etdi və rayonun keçmişindən, bu günündən danışdı, çıxışının sonunda isə uca səslə dedi : “ Mən hər dəfə Sabirabada gələndə bu diyara heyran oluram. Sevinirəm ki, əhalinin rifah halı nə qədər yaxşılaşıb, kəndlərdə böyük sıçrayışlar əmələ gəlib”.

1999 – cu il dekabrın 16 – da ölkə Prezidenti Heydər Əliyev 1979 – cu ildə açılışında olduğu Nizami Gəncəvi adına Sabirabad şəhər 5 saylı orta məktəbin 20 illik yubileyi münasibətilə təbrik məktubu göndərmiş və məktubunu “Sabirabadlılara hər işdə böyük uğurlar, xoşbəxtlik və səadət arzulayıram” sözləri ilə tamamlamışdır.