Sabirabad rayon Heydər Əliyev Mərkəzinin “Rəsm studiya”sında orta məktəb şagirdlərinin əl işlərindən ibarət rəsm sərgisi nümayiş olunur. Müxtəlif yaş qruplarından olan uşaqlar sərbəst mövzuda rəsmlər çəkib, bacarıqlarını nümayiş etdirirlər. Əsas məqsəd uşaqların asudə vaxtının səmərəli keçirilməsinə, onların əl qabiliyyətlərinin inkişaf etdirilməsinə nail olmaqdır.

Uşaqlar dövlət bayramlarımız, milli bayramlar və anım günləri ilə əlaqədar olaraq rəsm çəkib nümayiş etdirirlər.