Gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov Sabirabad və Saatlı rayonların sakinlərini qəbul etmişdir

Gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov Sabirabad və Saatlı rayonların sakinlərini qəbul etmişdir

Mərkəzi icra hakimiyyəti orqanlarının, digər qurumların rəhbərlərinin və onların müavinlərinin şəhər və rayonlarda 2020-ci ilin mart ayında vətəndaşları qəbul cədvəlinə uyğun olaraq Gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov Sabirabad şəhəri Heydər Əliyev Mərkəzində Sabirabad və Saatlı rayonlarından olan vətəndaşları qəbul edib.

Vətəndaşlar müxtəlif idman qurğularının tikintisi və təmiri, fəxri adların və məşqçilik dərəcəsinin verilməsi, idman qurğularının idman avadanlıqları ilə təmin olunması üçün müraciət ediblər.