63 saylı Sabirabad Birinci Seçki Dairəsindən Yeni Azərbaycan Partiyasının Namizədi Cəfərov Kamal Xaqani oğlu ilə görüş.

 63 saylı Sabirabad Birinci Seçki Dairəsindən Yeni Azərbaycan Partiyasının Namizədi Cəfərov Kamal Xaqani oğlu ilə görüş.

22 Yanvar 2020-ci il tarixində 63 saylı Sabirabad Birinci Seçki Dairəsindən Yeni Azərbaycan Partiyasının Namizədi Cəfərov Kamal Xaqani oğlu Sabirabad rayon Heydər Əliyev Mərkəzində qonaq olmuşdur. Görüşdə “Asan xidmət” mərkəzinin könüllüləri və MKS-nin əməkdaşları iştirak edirdilər. İlk öncə Kamal müəllim Mərkəz əməkdaşları ilə tanış olmuş,Mərkəzin fəaliyyəti ilə maraqlanmış və Mərkəzlə tanış olmuşdur.Qonağa Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyəti, daxili və xarici siyasəti, rayonumuza səfərləri haqqında geniş məlumat verilmişdir. Rayonumuzda quruculuq-abadlıq işlərindən bəhs edildi. Cənab Prezident İlham Əliyevin və Birinci xanım Mehriban Əliyevanın rayonumuza səfərləri və bir çox obyektlərin açılışı haqqında məlumat verildi. Ümummilli Lider Heydər Əliyevin rayonumuz haqqında söylədiyi xoş sözlərin səs yazması planşet vasitəsi ilə dinlənildi. Sonra Ulu Öndər Heydər Əliyevin büstü qarşısında xatirə şəkli çəkildi. Sonda Kamal müəllim təəssüratlarını və Mərkəzin əməkdaşlarına öz dərin təşəkkürünü bildirmiş, onlara işlərində müvəffəqiyyətlər arzulamışdır!