Rəqs dərnəyi

Sabirabad rayon Heydər Əliyev Mərkəzində "Rəqs" dərnəyi 2014 - cü ildən fəaliyyət göstərir. Rəqs studiyasında məktəblilərdən ibarət “Alfa” rəqs qrupu fəaliyyət göstərir. Burada həm Azərbaycanın milli rəqsləri, həm də dünya xalqlarının rəqsləri tədris olunur. İsmayılov Mirfamil Ağabala oğlu 2014 - ci ilin may ayından dərnəyə rəhbərlik edir. O, rayonlararası "Ustad dərsləri" müsabiqəsində iştirak etmiş və mükafatlandırılmışdır. Dərslər həftənin I,III,V günləri keçirilir. Bu məşğələlər uşaqların bədənini gumrahlaşdırır, zehni yorğunluğunu aradan qaldırır, qan dövranını normallaşdırır, fiziki qüsurların aradan qalxmasına şərait yaradır. "Rəqs" dərnəyi şagirdlərdə şən əhval - ruhiyyənin, özünə inam hissinin yaranmasına, yüksək estetik zövqün formalaşmasına xidmət edir.

Rəsm dərnəyi

Sabirabad rayon Heydər Əliyev Mərkəzində 2014 - cü ildən “Rəsm" dərnəyi fəaliyyət göstərir. "Rəsm" dərnəyində orta məktəb şagirdlərinin əl işlərindən ibarət rəsm sərgisi nümayiş olunur. Uşaqlara rəssamlığın sirləri və ləvazimatlardan istifadə qaydaları öyrədilir. Məmmədova Dərya İbrahim qızı könüllü olaraq rəsm dərnəyinə 2014 - cü ildən rəhbərlik edir. Dərslər həftənin II, IV günləri keçirilir. Dərnək üzvləri dövlət bayramları, milli bayramları və anım günləri ilə əlaqədar rəsm çəkib nümayiş etdirirlər.

Sabirabad rayonun ümumrayon və qonşu rayonların rəsm müsabiqəsində Mərkəzin "Rəsm" dərnəyinin üzvlərinin əl işlərindən ibarət sərgilər nümayiş etdirilir. Dərnəyin üzvü VI "b" sinif şagirdi Qəhrəmanzadə Mehin Fuad qızı rəsm müsabiqəsində qalib gəlmiş, Sabirabad rayon Gənclər və İdman İdarəsi tərəfindən Diplomla mükafatlandırılmışdır.

Onu da qeyd edək ki, bir neçə məktəbli tərəfindən əl işləri Mərkəzə hədiyyə olunmuşdur.

Şahmat dərnəyi

Sabirabad rayon Heydər Əliyev Mərkəzində "Şahmat" dərnəyi 2013- cü ilin noyabr ayından fəaliyyət göstərir. Şahmat uşaqların dünyagörüşünü inkişaf etdirir, onlara diqqətli olmağı, fikirləşməyi, müqayisə etməyi, əvvəlcədən oyununun nəticəsini görməyi öyrədir. Uşaqlarda səbrlilik, özünü ələ almaq, dözümlülük hisslərini artırır. Onlardan özünə tənqidlə yanaşma, sərbəst qərar vermək hissləri güclənir. İxtiraçılıq qabiliyyətini və qanunauyğunluq təfəkkürünü inkişaf etdirir. Bu məqsədlə Mərkəzin şahmat dərnəyinə könüllü olaraq müxtəlif yaş qruplarından olan uşaqlar gəlirlər. Əsas məqsəd uşaqların asudə vaxtının səmərəli keçirilməsinə, onların biliklərinin inkişaf etdirilməsinə nail olmaqdır. Dərnəyə gələn məktəblilərə Mərkəzin əməkdaşları köməklik göstərir və onlarla məşğul olurlar.