Mərkəz haqqında məlumat

Mərkəz haqqında məlumat

Sabirabad rayonunda Heydər Əliyev Muzeyinin yaradılması Ulu Öndərin xatirəsinə sabirabadlıların böyük hörmət və ehtiramının ifadəsidir.

Sabirabad rayon Heydər Əliyev Muzeyi 2005 - ci il oktyabr ayının 6 - dan fəaliyyətə başlamışdır. Cənab Prezident İlham Əliyev 06.10.2005 - ci və 26.09.2008 - ci illərdə Heydər Əliyev Muzeyinin rəsmi açılışını etmiş və Muzeyin Xatirə Kitabına öz ürək sözlərini yazmışdır.

Mədəniyyət və Turizm Nazirinin 24 yanvar 2012 - ci il tarixli 19 №-li əmrinə əsasən 01 fevral 2012 - ci ildə Sabirabad rayon Heydər Əliyev Muzeyi Heydər Əliyev Mərkəzi adlandırılmışdır. 23 aprel 2012-ci ildə Mədəniyyət və Turizm Nazirliyinin əmri ilə təsdiq olunmuş Əsasnamə hazırlanmışdır. Hazırda Mərkəz adı ilə fəaliyyət göstərir.

Sabirabad rayon Heydər Əliyev Mərkəzi 2013-cü ildə yenidən inşa edilərək İnformasiya – Texnologiyasının müasir tələblərinə uyğun olaraq qurulub, 29.08.2013-cü ildə Cənab Prezident İlham Əliyevin iştirakı ilə açılış mərasimi keçirilmiş və istifadəyə verilmişdir.

Sabirabad rayon Heydər Əliyev Mərkəzi Heydər Əliyev adına mədəniyyət və istirahət parkında yerləşir. Parkın ərazisi 4,3 ha sahəni əhatə edir. Mərkəz 3 mərtəbəli müstəqil binada yerləşir. Mərkəzin ümumi sahəsi 5240,1 kv. metrdir.

Mərkəzin 1-ci mərtəbəsində “ Konfrans zal”ı, “3 D kinozal”ı, “Dəhliz”, “İnternet kafe” və “Rəqs studiyası” yerləşir.

Mərkəzin 2-ci mərtəbəsində “Ekspozisiya zalı", “Azərbaycan Dövlətçiliyi Tarixi Kabineti”, “Müdiriyyət”otağı yerləşir.

Mərkəzin 3-cü mərtəbəsində “Akt zalı”, “ Dəhliz”, “Fotostudiya”, “Şahmat dərnəyi”, “Rəsm studiyası”, “Dizayn studiyası”, “Elektron kitabxana”, “Linqafon otağı” yerləşir.

Mərkəzdə 3 dərnək : “Şahmat dərnəyi”, “Rəsm studiyası” və “ Rəqs studiyası” fəaliyyət göstərir.

Mərkəzin ümumi fondu 670 eksponatı əhatə edir. Onun 242 – si köməkçi,428 – i əsas fonda daxildir. Ekspozisiya zalında 399 eksponat nümayiş olunur. Eksponatlar foto – şəkillər, sənədlər, heykəltəraşlıq, videomateriallar, kitab və çap materiallarından ibarətdir.