Mərkəzin binası
Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin xatirəsini əbədiləşdirmək, Ulu öndərin zəngin irsinin, dövlətçilik fəlsəfəsinin, azərbaycançılıq ideyalarının dərindən öyrənilməsi, geniş təbliğ olunması və hərtərəfli inkişaf etdirilməsi məqsədilə Sabirabad rayonunda Heydər Əliyev Mərkəzi yaradılmışdır. Heydər Əliyev Mərkəzi Ulu Öndərin adını daşıyan mədəniyyət və istirahət parkının ərazisində yerləşir. Mərkəzin ümumi sahəsi 5240,1 kv. metrdir.
Mərkəzin binası 3 mərtəbədən ibarətdir.
Mərkəzin birinci mərtəbəsində 20 nəfərlik kiçik konfrans zalı, 35 nəfərlik 3D kinozalı, rəqs studiyası, internet kafe, foye, qarderob və s. yerləşir. Burada müntəzəm olaraq tədbirlər keçirilir və Mərkəzin foyesində rəsm əsərlərindən ibarət sərgilər təşkil olunur, milli və dünya xalqlarının rəqsləri tədris olunur. Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş filmlər, Azərbaycanın Milli Qəhrəmanları, Azərbaycanın milli mətbəxi və dahi şəxsiyyətlər haqqında filmlər nümayiş olunur. Birinci mərtəbənin sahəsi 1065, 8 kv.metrdir.
İnternet kafe
Rəqs studiyası
Foye
3D kinozal
Konfrans zalı
Mərkəzin ikinci mərtəbəsində Ulu Öndər Heydər Əliyevin büstü, ekspozisiya bölmələri, Azərbaycan Dövlətçiliyi Tarixi Kabineti, müdiriyyət otağı yerləşir. Azərbaycan Dövlətçiliyi Tarixi Kabinetində Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyəti haqqında “ Böyük ömrün anları” filmi nümayiş olunur. Ekspozisiya zalında planşet vasitəsilə Ulu Öndər Heydər Əliyevin Sabirabad rayonu haqqında söylədiyi sözlər səsləndirilir. İkinci mərtəbənin ümumi sahəsi 1340, 1 kv.metrdir.
Büst
Muzey
Heydər Əliyev və Sabirabad 1970 - 1998
Ulu Öndər Heydər Əliyevin Moskva şəhərində və Müstəqillik illərində çalışdığı dövrlər
Heydər Əliyev və ailə üzvləri
Mərkəzin üçüncü mərtəbəsində 310 nəfərlik böyük akt zalı, fotostudiya, şahmat dərnəyi, rəsm studiyası, dizayn studiyası, elektron kitabxana, linqafon otağı və s. yerləşir. Burada müntəzəm olaraq tədbirlər keçirilir və Mərkəzin foyesində tədbirlərə aid sərgilər təşkil olunur. Rəsm studiyasında məktəblilərin əl işlərindən ibarət rəsmlər nümayiş olunur. Elektron kitabxanadan oxucular davamlı olaraq istifadə edirlər. Üçüncü mərtəbənin ümumi sahəsi 1497, 5 kv.metrdir.
Fotostudiya
Akt zalı
Rəsm studiyası
Şahmat dərnəyi
Linqafon otağı
Heydər Əliyev Mərkəzində rayonun ictimai - siyasi həyatında baş verən mühüm hadisələr və əlamətdar günlərlə bağlı tədbirləri yüksək səviyyədə keçirtmək üçün hərtərəfli şərait yaradılmışdır.