Yaxın mədəniyyət müəssisələri

Saatlı rayon Heydər Əliyev Mərkəzi Saatlı şəhəri Heydər Əliyev prospekti, 166 ünvanında yerləşir. Mərkəzin yaxılığında isə bir neçə mədəniyyət müəssisəsi fəaliyyət göstərir.

  1. Tarix-diyarşünaslıq muzeyi - Heydər Əliyev meydanı 5 ünvanında yerləşir. 2012-ci ildə istifadəyə verilib. Ərazisi 458.5 kv/m. Yer tutumu 35-dir. Tarix-diyarşünaslıq muzeyində 9620 eksponat vardır.Tarix-diyarşünaslıq muzeyində 5 otaq var. Tarix-diyarşünaslıq muzeyində "Gənc rəssam" təsviri incəsənət dərnəyi və "Sənət ocağı" sənətkarlar birliyi fəaliyyət göstərir. Muzeyin elektron adresi: Facebook.com/ https://www.facebook.com/tarix.muzeyi.16, E-mail/ muzey83@mail.ru, Google xəritə/ https://www.google.com/maps/@39.937408,48.3701003,75m/data=!3m1!1e3

    Telefon: 02128 5-34-65

  2. Mədəniyyət Mərkəzi - Saatlı rayon Mədəniyyət Mərkəzi 1980-cı ildən fəaliyyət göstərir. Mədəniyyət Mərkəzinin nəzdində 15 klub, 9 mədəniyyət evi fəaliyyət göstərir. Bu klub və mədəniyyət evlərinin səkkizi profilləşdirilmişdir. Profilləşdirilən müəssisələr-Nəsimikənd kənd Folklor evi, Mircəlalkənd kənd Yaradıcılıq evi, Şirinbəy kənd Folklor evi, Cəfərxan kənd Diyarşünaslıq evi, M.F.Axundzadə adına Fətəlikənd kənd Diyarşünaslıq evi, Novruzlu kənd Diyarşünaslıq klubu, Hacıqasımlı kənd Diyarşünaslıq klubu, Varxankənd kənd Diyarşünaslıq klubu. Ötən illərdə insanların xidmətində dayanan Mədəniyyət Mərkəzi bir çox uğurlara imza atıb. Dövr, zaman dəyişdikçə kollektiv daim öz iş üslubunda yeniliklər edib. Mədəniyyət Nazirliyi bütün sahələrə olduğu kimi Mədəniyyət Mərkəzlərinə də xüsusi qayğı göstərir. Yaradılan şərait, işdə olan tələbkarlıq gündəlik iş prinsipində qazanılan uğurların ardıcıllığına təminat verir. Əcdadlarımızın əsrlərlə nəsillərdən-nəsillərə ötürülən milli adət və ənənələrini qorumaq, inkişaf etdirmək Mədəniyyət işçilərinin işinin tərkib hissəsidir. Xüsusilə folklorşünaslıq, diyarşünaslıq sahələrinin öyrənilməsi xalq yaradıcılığının inkişafına və təbliğinə kömək edir. Rayon Mədəniyyət Mərkəzi konkret olaraq qeyd olunan istiqamətləri daim diqqət mərkəzində saxlayır. Rayon Mədəniyyət Mərkəzinin kollektivi əhalinin istəklərini, maraqlarını nəzərə alır. Yaradılan təsərrüfat hesablı dərnək və kurslar, maraq üzrə birliklər gündəlik işin əsas qayəsini təşkil edir. Bu gün rayon Mədəniyyət Mərkəzində iki bədii özfəaliyyət kollektivi, bədii qiraət dərnəyi, müxtəlif musiqi alətləri üzrə dərnəklər fəaliyyət göstərir. Yaradılmış “İlkin tibbi yardım” dərnək məşğələsində evlərdə, ailələrdə həkimə qədərki ilkin tibbi yardımın formaları öyrədilir. Bütün kurs və dərnək məşğələlərinə öz işini yüksək səviyyədə bilən mütəxəssislər rəhbərlik edir.

    Ünvanı: Saatlı şəhəri, Heydər Əliyev prospekti,127.

    Telefon nömrəsi: (02128) 5-37-10.

    Veb səhifəsi: Facebook sosial şəbəkəsi, Saatlı rayon Mədəniyyət Mərkəzi.

    Elektron ünvanı: saatli.mm@mail.ru

  3. Saatlı şəhər Bülbül adına uşaq musiqi məktəbi -Saatlı rayon Bülbül adına uşaq musiqi məktəbi 1967-ci ildə yaradılıb. İlk əvvəl
    fortepiano və tar ixtisası üzrə 60 şagird təhsil almış dərsin tədrisi ilə cəmi 4 müəllim məşğul olmuşdur.1968-ci ildə məktəbdə qarmon,1970-ci ildə kamança,1998-ci ildə xanəndə (səs) şöbələri açılmışdır. 2018-2019-cu tədris ilində 225 şagird ayrı ayrı ixtisaslar üzrə təhsil alır. Fortepiano, qarmon, tar, kamança, xanəndə ixtisasları üzrə 35 müəllim dərsin tədrisi ilə maşğul olur. Məktəbdə tədris dili - Azərbaycan dilidir. Məktəbdə ödənişli təhsil üzrə təhsil alan şagirdlərimiz yoxdur. Məktəb 1 mərtəbəlidir. Ümumi sahəsi 300 kv/m ,Həyətyanı sahəsi 1500kv/m, Otaqların sayı 18, 60 nəfərlik say tutumlu 1 zal. Elektron ünvan- saatli.musiqi@mail.ru Facebook ünvan- https://www.facebook.com/saatlirayon.bulbuladina
  4. Saatlı Dövlət Rəsm Qalereyası - Saatlı Dövlət Rəsm Qalereyası 1992-ci ildən fəaliyyət göstərir.26 oktyabr 2012- ci ildən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Saatlı Dövlət Rəsm Qalereyasının birtipli layihə əsasında tikilmiş binasının açılışında iştirak etmişdir.Saatlı Dövlət Rəsm Qalereyasında ödənişsiz dərnək fəaliyyət göstərir.Rəsm Qalereyasında:rəngkarlıq, qrafika, heykəltaraşlıq, dekorativ və foto sənəti nümunələrindən ibarət sərgilər keçirilir.Müxtəlif səpkili konfranslar, seminarlar, dəyirmi masa arxasında söhbət və mühazirələr təşkil olunur. Yaradıcı insanlarla geniş auditoriyanın görüşləri keçirilir, müxtəlif baxış müsabiqələri keçirilir. Qalereyanın ümumi sahəsi 458,5 kv/m-dir. Qalereyanın sərgi zalının sahəsi -159,6kv/m, fond otağı sahəsi 17,60kv/m, direktor otağı sahəsi 12,76 kv/m, baş fond mühafiz otağı sahəsi 13,72 kv/m, konfrans zalı sahəsi 62,425 kv/m, rəssam otağı sahəsi 15.50kv/m, elmi işçi otağı sahəsi 7.5 kv/m. Saatlı Dövlət Rəsm Qalereyası 8 ştat vahidi ilə fəaliyyət göstərir. Qalereyanın fondunda 58 ədəd eksponat vardır. Saatlı Dövlət Rəsm Qalereyasının əlaqə nömrəsi iş:5-22-61; mobil 050-759-1961; 055-686-04-70. Ünvan: Heydər Əliyev meydanı 5. Qalereyanın facebook səhifəsi: (Saatlı Dövlət Rəsm Qalereyası), linki-https://www.facebook.com saatlidovlet.resmqalereyası elektron ünvanı:saatli.resm@mail.ru
  5. Mərkəzi Kitabxana - Hacağa Eynullayev adına Saatlı rayon Mərkəzi kitabxanası uzun illər rayonda mədəni - maarif və məktəbdənkənar tərbiyyə funksiyasını yerinə yetirən ilk mədəniyyət müəssissəsi kimi böyük rol oynamışdır. Saatlı rayonunda kitabxana ilkin kitab fondu 4000 (dörd min nüsxə ) olaraq 1949- cu ildə yaradılmışdır. Bu kitabxana həm də rayonun ilk kitabxanası olmuşdur. Əvvəllər Saatlı qəsəbə kitabxanası 2 işçisi olan Saatlı qəsəbəsində PMK-a adlanan idarənin ərazisində açılmışdır. Rayon kitabxanası savadsızlığın ləğvi, insanların savadlanaraq maariflənməsi, məlumatlanması istiqamətində, xüsusilə yeni əlifbanın öyrədilməsində, yeni qəzet və jurnalların ucadan oxudularaq məlumatlandırılmasında xeyli iş görmüşdür. Bu illərdə Kitabxananın xidmətindən il ərzində 1500- yaxın müxtəlif oxucu qrupları istifadə etmişdir. Uzun illər heç bir normal şəraiti olmayan Mərkəzi rayon kitabxanası müxtəlif ünvanlarda fəaliyyət göstərmişdir. Lakin insanların mütaliəyə və kitaba artan ehtiyaclarını nəzərə alaraq, Saatlı rayon İcrayyə Komitəsinin Qərarı ilə 1969- cu ildə Mərkəzi rayon kitabxanası üçün, 1978- ci ildə isə Uşaq kitabxanası üçün birtipli lahiyyə əsasında öz dövrü üçün geniş iş otaqları və 2 oxu zalları olan yaraşıqlı bir bina tikilib istifadəyə verilmişdir. Saatlı rayonunda kitabxanasının Mərkəzləşdirilməsi işi 1976- cə ildə başa çatdırılmışdır. Fondumuzda 500- yaxın elektron nəşrlər vardır. 2019- cü ildə Saatlı rayonunda 1 Mərkəzi kitabxana, 2 şəhər kitabxanası və 50 kənd kitabxana filialı fəaliyyət göstərir. 2019- cü ildə Mərkəzləşdirilmiş Kitabxana sisteminin fondu 349-min 500 nüsxə olmuşdur. Mərkəzi rayon kitabxanasının isə fondu 62878 nüsxədir. Kitabxana Saatlı rayon, Heydər Əliyev prospekti - 146 ünvanda fəaliyyət göstərir Mərkəzi Kitabxana 2 binadan ibarət olmaqla ümumi sahəsi 840 kv. metrdir və ayrı- ayrı 22 otaqdan ibarətdir. Mərkəzi Kitabxanada xidmət - Metodka və biblioqrafiya, İnformasiya – resurs, Komplektləşdirmə və kitabişləmə, Uşaq - Kitabxana- biblioqrafiya proseslərinin avtomatlaşdırılması şöbələri fəaliyyət göstərir. Kitabxanada komputer, ev tibb bacısı, uşaq teatr dərnəyi, gənclər teatr studiyası fəaliyyət göstərir. Kitabxananın telefonları: Mərkəzi kitabxana- (02128) 5-22-60, Uşaq kitabxanası- (02128) 5-41-84. Sayt http://saatly.cls.az/more/text/80802, Facebook https://www.facebook.com/saatlymedeniyyet/ e-mail bagirov.1956@mail.ru